Taylor Swift stili

Amerikalı müğənni Taylor Swift sadə, lakin özünəməxsus gözəl geyim tərzi ilə seçilir. Onun geyimlərində bir az klassik, bir az retro stili var. Daha çox makiyajı və saçları ilə diqqət çəkir. Gündəlik həyatında geyindiyi geyimlərə nəzər salsaq, bir rəng mini ətəklər, sadə bluzlar və onun olmazsa olmazı Oxford ayaqqabıları geyindiyini görərik. Ən çox asqılı çantalardan istifadə edir. Taylor Swift risk almağı çox sevmir və buna görə də sadə geyimlər kombin edir. Aksessuarlardan çox az istifadə edir. Geyindiyi ayaqqabılar həmişə dəbdən uzaq, lakin fərqli seçimlər olur.

Müəllif : Nərmin Həmidli