Trapesiya şalvarları necə geyinək?

Trapets şalvarlarla doğru kombinlər edək:)

Son dövrlər qarderobumuzda yenidən görünməyə başlayan trapetsa şalvarlar ilk dəfə dəniz donanmasına aid üniformalarda yer almışdır. 19- cu əsrlərdə ABŞ donanmasındakı zabitlər, dizdən başlayaraq enlənən şalvar geyinirdilər. İspan paça da  adlanan bu şalvarların qadın modasına sıçrayışı 1960-cı illərın ortalarında baş verir. Trend mərtəbəsini isə 1970-ci illərdə tutur. Sonraki dövrlərdə isə qadın qarderobunun əsas elementlərindən biri olur. 2015 -ci il dəbində də trend sayılan bu geyim növünü doğru geyinmək üçün vacib məqamlar var. Çox arıq ,ya da artıq çəkili xanımlar bu şalvarların tam ayaqlarına yapışan növlərindən uzaq durmağınız məsləhətdir. Hər iki halda bu çox da zövqlü görüntü  yaratmayacaq.Bu şalvarların rahat genişlikdə olan formaları ilə necə doğru kombinlər etmək olar? Bu gün sizə necə geyinim bölümündə bu haqda məlumat verməyə çalışacağıq.

1)Ayaqqabı seçimi :

Daha uzun görünməyin yollarından biri də ,trapets şalvarlarla geyindiyiniz ayaqqabı seçiminizdir.Bu şalvarlarda ayaqqabının görünməməsi lazımdır. Məqsədimiz ,ayaq boyunu kesməyərək, bir növ daha uzun effekt əldə etməkdir.

2)Köynək və ya bluzlarla:

Sadə bir köynək və ya bluz geyinə bilərsiniz. Yüksək bel  ispan paça şalvarlar ilə  köynəyi şalvarın içinə sala bilərsiz  ki, ayaq  boyunuz daha da uzun görünsün.İspan paça şalvarlar 70-ci illərin ruhunu daşıdığı üçün bohem, hippie tərzi bluzlarla  daha maraqlı görünüş yarada bilər.

3)Diz xəttində naxışlı pencək və ya kimono tərzli köynəklər:

Bol naxışlı, diqqət çəkici bir pencəyiniz var ,və necə geyinəcəyinizi bilmirsiz? Əsl məqamıdır. Diqqət çəkməyən, neytral bir ispan paça şalvar ,bu pencəyi  ortaya çıxaracaq .

4)Fedora tərzli şlyapalarla:

İspan paça  geyinib bohem və  hippie ruhunu tam mənasıyla almaq istəyiriksə fedora şlyapanı unutmamaq lazımdır.

Müəllif :Günay İbrahimova