Modanın dahi insanı!

O, modanın dahi insanı, həyatın qeyri-adi tərəfi idi. Dizaynları, modaya baxışı və yaratdıqları həmişə diqqət çəkən və dəlisov idi. Moda dünyasının kraliçası İsabella Blowun, daha köməkçi ikən diqqətini çəkməyi bacaran  istedadlı insan idi O.

Moda dünyasına 20 il müddətində bəxş etdiyi fərqli yaradıcılığın, imzası olan saysız-hesabsız kolleksiyaların ardından Alexander McQueen uzun illər Alexander The Great-Böyük İskəndər olaraq anılırdı. Şöhrəti onun yaxınında olmaq, onunla adi bir şəkildə yer ala bilmək üçün səy göstərən əyləncə dünyasının ulduzlarından daha böyük idi. 40 yaşında öz əlləri ilə həyatına son verməsi əslində çox şey anladır bizə. Bəli, beləliklə səmada bir ulduz sürüşdü.

O, geridə unudulmayacaq əsərlər buraxdı. Bəzən modelyer, bəzən rəssam, bəzən şair idi. Onun dünyadan belə getməsi əslində iç dünyasının necə həssas olduğunun göstəricisidir. O daxili aləmini, təvazökarlığını bu sözlərlə sübut etdi: “Məşhur olmaq film ulduzlarının işidir, biz modelyerlərin işi isə insanlara xidmət etməkdən ibarətdir”

Londonda bir taksi sürücüsünün oğlu olaraq böyüyən 1969-cu il təvəllüdlü  Lee Alexander McQueen, 1969-2003-cü illər arasında 4 dəfə “İlin Modelyeri” adına layiq görülmüşdür.

16 yaşında məktəbi tərk edərək  Saville Raw küçəsindəki Anderson&Sheppard’da köməkçi kimi işləməyə başladı.

İsabella Blow ilə tanış olması onun həyatını dəyiştirir. 1994-cü ildə Saint Martins dəfiləsində yer tapmayan, pilləkanların başında dayanaraq dəfiləni izləyən İsabella Blow, McQueenin ilk kolleksiyası qarşısında məst olur. O, Alexander McQueenin nömrəsini əldə edərək dəfələrlə onunla əlaqə yaratmaq istəyib, lakin anası ilə danışmalı olub. Alexander istirahətdən qayıtdıqdan sonra İsabella Blow ona bütün kolleksiyanı almaq istədiyini bildirir. Beləliklə, onların həm də dostluq münasibətləri başlamış olur.

Bundan qısa müddət sonra Givenchy, sonra Gucci ilə iş birliyi ona sadəcə dünyəvi bir şöhrət deyil, ağlasığmaz bir sərvət qazandırdı. John Gallianodan sonra Givenchy- nin baş dizayneri olması(1996-2000) Fransada çox söz-söhbətə səbəb oldu. Bir ayağı taxtadan protez olan qadını podiuma model olaraq çıxartması onun haqqındakı müzakirələri daha da alovlandırdı. Sonrakı dəfilələrdə istifadə etdiyi manikenlər canlı belə deyildi.

Böyük addımlarla zirvəyə doğru irəliləyən Mcquuen Givenchy ilə 2001-ci ildə yollarını ayırdı. Son illər Nicole Kidman, Penelope Cruz, Rihanna, Sarah Jessica Parker, Kate Moss və Lady Gaga kimi çox sayda məşhur McQueen kolleksiyalarına, əsasən Oscar kimi “qırmızı xalı” gecələrində müraciət edirdilər. O, moda dünyasında ən çox sözü keçən adlardan biri idi.

2010-cu il 11 Fevral günü Londonun mərkəzində Valentino və Tom Ford kimi moda ulduzlarının da yaşadığı Mayfairdəki evində canına qəsd etdiyində o əsl ulduz idi. İtləri Minter, Juice və Callum ilə yaşadığı evdə, 2 fevral tarixində itirdiyi anasının cənazə tədbirindən bir gecə öncə özünü asmışdı.

Hamı bu yaradıcı insanın həyatdan getmək istaməsinin səbəbini anlamaq istəyir. İsabella Blowun üç il öncə intihar etməsi, son şəxsi münasibətindəki uğursuzluq ilə yenidən narkotikə geri dönməsi və əlbəttə ki anasının ölümü səbəblərə aid edilir.

İntihar etdiyi gün NewYork Moda Həftəsində baş tutacaq McQ dəfiləsi ləğv edildi. Podiumlarda qeyri-adi şovları ilə insanların diqqətini çəkən, Marie Antoinettenin cəzasını çəkdiyi həbsxananı podiuma çevirən Alexander McQueen artıq yoxdur.

O, moda dünyasında elə bir iz buraxdı ki, heçvaxt unudulmaz. Hüzur içində yat, Lee Alexander McQueen.

 

Müəllif :Günay Yunuszadə