Stilinizi tamamlayacaq Arm Cuff’lar

Yay mövsümündə stilinizi tamamlayacaq Arm Cuff’lar

Nəhayət, günəş artıq üzünü göstərdi. Hətta bir çoxları üçün çimərlik mövsümü başlayıb. İsti yay günlərində xanımlar yüngül və özlərini rahat hiss edəcəkləri  geyimlərə üstünlük verirlər. Lakin, bununla yanaşı stilinizi tamamlayacaq aksessuarlardan istifadə edərək sadə geyimlərinizi daha dəbli və baxımlı şəklə gətirə bilərsiniz. Məlum məsələdir ki, yay fəslində qollar ön plana çıxır. Bəs ən sevdiyiniz çimərlik geyiminizi və ya istirahətdə şam yeməyinə gedərkən geyimlərinizi necə diqqət çəkəcək bir şəklə gətirə bilərsiniz? Əlbəttə ki,  Arm Cuff ilə.

materialları olan bu aksessuarlardan öz zövqünüzə və stilinizə uyğun olanını rahatlıqla seçə biləsiniz. Daha çox qolun çiyinə yaxın yuxarı hissələrində istifadə edilir.Üstündə böyük daş-qaşlar olan, taxta materialından olan, minimalist və ya biləyin böyük bir hissəsini tutan  Arm Cuff’lar sizin geyiminizi daha da zənginləşdirəcək. Çox aksessuar istifadə etməyi sevməyən, lakin aksessuarsız sadə və solğun göründüyünü düşünənlər,  Arm Cuff  tamamilə sizlikdir. Siz bu aksesuarlarla daha cazibədar görünüş yarada bilərsiniz  .Bir sözlə Arm Cuff’lar yayın gəlişi ilə qollarınızda şık bir görüntü yaradacaq.

Müəllif :Günay Yunuszadə