Həftə sonu çimərlikdə…

Yay mövsümündə istirahət üçün ən ideal məkan dəniz kənarı, yəni çimərliklərdir. Və təbii ki,məqsəd istirahət olduqda özümüzü rahat hiss etmək üçün rahat geyimlərə  üstünlük veririk.

  1. Yayda ön plana çıxan geyimlərdən biri şortlardır.Şort üzərinə lazer kəsim, yaxud sadə t-shirt geyinmək məqsədəuyğundur.  Yayın olmazsa olmazlarından barmaqarası sandaletlərlə şort və t-shirt’ünüzü kombinləyə bilərsiniz .Çimərliyə gedərkən geyimimizi tamamlamaq üçün  aksesuar olaraq gün eynəklərindən və papaqlardan istifadə edə bilərik.Geyimimizi bu ilin dəbi olan  fötr (keçə) şlyapaları yaxud gündən qorunmaq üçün iri günəş şlyapaları və son olaraq şopper çantalar ilə tamamlaya bilərik.
  2. Hər il olduğu kimi bu il də maxi dress’lər (uzun donlar) yayın ideal seçimlərindəndir. Bu rəngarəng maxi dress’ləri təklikdə rahatlıqla istifadə etdiyimiz kimi, çimərlikdə bikini üzərindən də geyinə bilərik. Aksesuar olaraq zövqə görə baş lentləri, eynəklər və ankletlərdən (topuq bağı) istifadə edə bilərik.
  3. Yayın rahat və dəbli seçimlərindən biridə tulumlardır. İki parçalı kombinlərlə özünüzə əziyyət vermək istəmirsinizsə tulum ideal seçimdir.
  4. Bu il xanımların qarderoblarında üstünlük təşkil edən off shoulder köynəklərlə və crossover(qucaqla məni ,bir hissəsi digər hissənin üzərinə gələn )ətəklərlə kombin edərək maraqlı stil yaratmaq olar.Geyim ön planda saxlamaq üçün aksessuar olaraq şlyapalardan istifadə etmək mümkündü

Müəllif :Nərmin Həmidli