Çimərlik geyimi necə seçilməlidir?

Yay gəlib çatıb, bikini almağın tam zamanıdır. Doğru bikini seçimini necə etmək lazımdır?

Çimərlik və hovuzlarda özünə güvənərək bikini geyinməyi xanımlar çox sevirlər. Məhz buna görə də bədən qüsurlarını gizlədən doğru seçimlər etmək lazımdır ki, özünüzü rahat hiss edə biləsiniz.Bədən tipini təyin etmək və doğru bikini seçmək üçün sizə bəzi məsləhətlər və dəbin trendləri haqda qısa məlumat vermək istəyirik ki, modamaniyanin izləyiciləri hər zaman qüsursuz və dəbli görünsünlər :)Öncə bədənimizdə olan disproporsiyaları necə gizlədə bilərik onlardan bəhs edək.

Ombalarınız dolğun və baldırlarınız qalındırsa:

Belə tam oturan, kəmərli modelləri rahatlıqla istifadə edə bilərsiniz. Bel hissəsində daha tünd tonlar istifadə olunan modellər belinizi daha incə göstərər.

Sinəniz böyükdürsə və beliniz qalındırsa :

Sinələri toparlayan astarlı bikinilər seçməlisiniz. Strec və möhkəm parçadan,tənzimlənən asqılı bikinilər ilk seçiminiz olmalıdır. Üst qismi bir  rəng, aşağısı daha rəngli olanları seçmiş olsanız bu bədəninizdəki qüsuru gizlətməyə kömək edər. Kürəyi çox açıq olmayan və sinəni arxadan dəstəkləyən modelləri də seçmək doğru olar

Sinəniz kiçikdirsə:

Çarpaz asqılı, üst qismi rəngli və ya hərəkətli elementləri olan bikinilər tam sizə görədir.Qabarıq sinəli modellərlə də gözəl görünə bilərsiniz.

Qısa boylu xanımlar:

Şaquli xətli bikinilər qısa boylu xanımlar üçün idealdır. Üçbucaq və altı bağlamalı bikinilər də seçimləriniz arasında yer ala bilər.

Bədəniniz çox kiçik və zəif görünüşlüdürsə:

Çox zəif görünüşlü xanımlar bu vəziyyəti kamuflyaj etmək üçün iri naxışlı bikiniləri seçməniz məsləhətdir. Bu sizə bir neçə kilo artıq  görünmə imkanı verəcəkdir. Yəni bədəninizin kiçik tərəflərini vizual olaraq böyütmək istəyirsinizsə açıq rənglər və detalları olan bikinilər, ya da əksinə böyük tərəflərini kiçik göstərmək istəyirsinizsə tünd rəngləri seçmək doğru olar.

İndi də bir az bu ilin dəbli modelləri haqqında

Çimərlik geyimi (Swimwear) trendlerində ən diqqət çəkici detal bikini üstlərində halter yaxanın istifadə edilmiş olmasıdır. Halter yaxa bikinilər 2015-ci ilin favoritidir. Çiyinləri ortaya çıxaran bu axın eyni zamanda atletik bir bədəni də vurğulamaqdadır. 3D naxışlar bir neçə ildir trendlər içərisində öz yerini qorumaqdadır. Yüksək bel bikini altları -retro bikinilər də trend siyahısında yerini tutmuşdur.

Müəllif : Günay İbrahimova