Tətil çamadanınızı doğru hazırlayın!

Yay, günəş, dəniz dedikdə ağıla ilk gələn şey tətil olur. Uzun və gərgin iş ilindən sonra tətil hər kəsin istirahəti və enerji toplaması üçün gözəl üsuldur. Getdiyimiz tətildə mükəmməl istirahət etmək üçün tətil çamadanını praktik və düzgün şəkildə hazırlamaq da çox vacibdir. Çamadanda olmazsa olmazlarımız nələrdir və ya necə hazırlarsaq getdiyimiz yerdə ən gözlənilməz vəziyyətlərə belə hazır ola bilərik?

Bunun üçün öncədən bir siyahı hazırlamaq lazımdır ki, son anda  təlaşla hazırlanan çamadanlarda əskik və ya unudulmuşların siyahısı uzun olmasın. Öncədən tutduğumuz siyahıda gündəlik paltarlar, çimərlik paltarları, gecə geyimləri, ayaqqabılar, aksessuarlar, gigiyenik məhsullar, makiyaj vəsaitləri və əlavələr olaraq hissələrə ayırın.

Saydığımız geyim növlərindən qarderobunuzdakı olan geyimlərin bütünlüklə hər birini aparmaq mümkün olmadığından bir neçə kombin planlayaraq sadəcə düşündüyünüz kombinlərin elementlərini  aparmaq doğru olacaqdır.Mümkün qədər bir neçə kombində istifadə edəcəyiniz elementləri seçməyə çalışın.Məsələn :bir sadə T-shirt ,bir şort ,bir ətək (həmin T-shirt ilə uyumlu olan ) ,bir maxi don və bir mini don ,bir nazik kardiqan (həm mini ,həm maxi donla uyumlu olan)isti havada ən doğru kombinlərdir.Düzgün formada səliqəli şəkildə qatlayıb yerləşdirin.Bu sizi sonradan qırışmış olduğu üçün gedəcəyiniz yerdə hansısa geyimi geyinməmək kimi problemdən qurtaracaq.Çox qalın və yer tutan geyimləri rulon formada qatlayın.Beləliklə ,siz çamadanınızda yer qazanmış olrsınız. Corablar və alt geyimləri kimi kiçik əşyaları ayrıca torbalarda yerləşdirsəniz itməsinin qarşısını alarsınız. Ən son geyiniləni ən altda digərlərini də qatlarla üst-üstə qatlarla yerləşdirin. Ayaqqabı seçimində də mümkün qədər minimuma endirmək lazımdır. Belə ki bir səndəl, bir topuqlu və bir wildcard (kobud sport ayaqqabı) ayaqqabı yetərli olacaqdır.Makiyaj vəsaitlərinizi, gigiyenik məhsullarınızı, aksessuarlarınızı isə ayrıca qutularda yerləşdirmək olduqca əlverişlidir. Həmçinin fenlər,fotoaparatlar və bu kimi əşyalarınızı da ayrıca kiçik çantalarla götürmək düzgün olar.Hər nə qədər yay mövsümü olsa da siz bir necə qalın geyim nümunəsi də götürsəniz ekstrimal havalara hazır olacaqsınız.

Beləliklə, gündəlik geyinəcəyiniz yüngül kombinlər ,gecə parti əyləncəsi üçün bir dəst ,sərin havaya qarşı 1 üstlük, 3 ayaqqabı ,eynək ,papaq ,çimərlik geyimi, günəşdən qorunma məhsulları,dəsmal ,alt paltarı ,gigiyenik vasitələr ,kosmetik vasitə(nə qədər az olarsa bir o qədər yaxşıdır) fen ,aparat ,kredit kartları ,fənər, xəritə (tətil xarici ölkədədirsə) və yol boyu oxuyacağınız bir maraqlı kitab ilə tətil çamadanınızı yığın və tətilə hazır olun!

Müəllif : Günay İbrahimova