Giovanna Battaglia stili…

Giovanna Battaglia -Öz kariyerasına Dolce & Gabbana’nın modeli olaraq başlamışdır. Bir neçə il dizaynerlərlə yaxından çalışdıqdan sonra stilist olmağa cəhd edərək L’Uomo Vogue’da moda redaktoru kimi fəaliyyət göstərməyə başlamışdır. 2009-cu ildə Battaglia Vogue Gioiello və Vogue Pelle’nin moda direktoru vəzifəsində çalışmışdır. 2011-ci ildə Gio Milandan Manhettenə köçərək W Magazine’də öz aylıq köşəsi olan Gio’s Journal’ı yazmağa başlamışdır.

“Daily Beast” tərəfindən dünyanın ən yaxşı geyinən   qadınlarından biri seçilib.

Giovanna Battaglia dedikdə ağıla ilk gələn rənglərdir. Rənglərlə və printlərlə oynamağı yaxşı bacarır.  Aksesuarlar isə onun olmazsa olmazıdır.

 Xüsusi dəvətlərə çox vaxt vintaj libaslarda qatılır.  Versace və YSL’nın vintaj geyimlərini toplayır. Demək olar ki, qarderobunun böyük bir hissəsini donlar təşkil edir. Ayaqqabı seçimində də həmişə fərqlənir.

Müəllif : Nərmin Həmidli