Slip Dress -ləri necə geyinək?

90-cı illərdən ölümsüz bir trend: Slip Dress!

İncə asqılar və altından başlayan incə bir parça … Bir qadını başqa nə bu qədər cazibədar göstərə bilər? Şəxsən mənim ən sevdiyim və gücünü sadəliklə bərabər olduqca cazibədar olmasından alan bu geyim hələ mən uşaq olarkən çox dəbdə idi. Bu geyimlərin tarixinə nəzər salsaq 1940 illərdə istifadə olunmağa başlandığını görərik. Ancaq 1990 və 2000 -ci illərdə çox geniş yayıldığını görmək mümkündür. Hal–hazırda da dizaynerlərin kolleksiyalarında yenidən gördüyüm zaman çox sevinirəm.

Slip dress’lərin bir çox formasını görmək mümkündür:bədənə oturanları olduğu kimi daha geniş formada olanları da var. Naxışlı olan və  hippi tərzini əks etdirənləri, sinə qismi, ətəyi güpür olanları  və digər  parça növlərindən hazırlananları bu ilin trendləri arasındadır.  Slip dresslərinizi əvvəllər olduğu kimi sadəcə bir formada gecə  libası kimi deyil müxtəlif kombinlər edərək  gündəlik geyimlərinizdə də geyinmək görünüşünüzü daha cazibədar edəcəkdir. Bunlardan bəzilərini sizinlə bölüşmək istərdim.

Slip paltarınızın belinə köynək bağlayın.

90-cı illərdən gələn bu parçanı yenə o illərə aid uslubda olan məsələn köynəklə tamamlaya bilərsiniz. Grunge obrazını tamamlamaq üçün bot geyməyi unutmayın.

Slip paltar geydiyiniz zaman aksesuar seçimini sadə edin

Slip paltarınızı yayda geyinirsinizsə, aksesuar seçimində əlinizdən gəldiyincə sadə edin. Dəri rəngi ayaqqabılar, minimal səndəl və  gozəçarpmayan bir çanta ilə sadə və gözəl bir kombin əldə edə bilərsiniz.

Slip paltarla Blazer pencək geyinin

Bu feminen geyim nünunəsini, kişiyə xas parçalarla kombinləyərək fərqli bir stil yarada bilərsiniz. Maskulin tərzli oversized pencəklər sizə bu kombini yaratmaqdaa kömək edə bilər. Görünüşünüzü fedora şlyapalarla tamamlaya bilərsiniz.

Slip paltarla biker pencək geyin

Dəri  ust geyimləriniz slip paltarla möhtəşəm bir uyğunlaşma göstərir. Yayda minimal səndəllərlə tamamlayacağnız  bu görünüşü, sərin və yağışlı havalarda stiletto, ya da yarım botlarla edə bilərsiniz.

Slip paltarınızı jiletlərlə ,sviter və ya kardiqanla tamamlaya bilərsiz

Slip paltarınızın rəngləriylə uyğun bir jileti sərin axşamlarda kombinləmək maraqlı görünər. Qadınsı görkəminizi tamamlamaq üçün də üçün incə tərlik sabo ,ya da stiletto geyinə bilərsiniz.

Slip paltarınızı cins pencəklə tamamlayın

Cins parçalarla slip paltarlar çox yaraşır. Cins pencək yerinə cins köynək  də həmçinin slip paltarınızın üzərinə geyinə bilərsiniz.

Müəllif: Günay İbrahimova