Qarderobda “İlham Lövhəsi”

İlham lövhəsi – İnspiration board  nədir və nə üçündür?

İlham lövhəsi sizi cəlb edən və ya ideya yaratmaq potensialınızı yüksəltməyə kömək edən  müxtəlif şəkil  və ya elementlərin bir  yerdə toplandığı bir lövhədir. Bu lövhə sizin ideyaya ehtiyac duya biləcəyiniz , gözünüzü çevirdiyinizdə görəbiləcəyiniz  bir yerdə olmalıdır.bu sizin iş masanizin  ətrafı, qarderobunuzun qapısı və s. yerlər ola bilər. İlham lövhələri   şəxslər, qruplar, şirkətlər üçün istifadə olunur .Bunu  insanların yaradıcılıq potensiallarını yüksəltmək üçün bir vasitə də saymaq olar.

Siz də özünüzə belə bir guşə və ya lövhə yarada bilərsiniz. Bu məsələn sizin qarderobunuzun qapısının üstü və ya ətrafında divarda bir güşə ola bilər.

İlham lövhəsini yaratmağın sizin üçün faydası  səhər yuxudan qalxdığınız və  nə geyinəcəyinizə dair bir fikriniz olmadığı zaman sizə nə geyinə biləcəyiniz və ya hansı rəngləri seçəbiləcəyinizə dair ideya verə bilər.İlham lövhənizi  yaratmaq üçün siz sevdyiniz  şəkillər-bu jurnallardan kəsdiyiniz  (model və ya geyim kombinləri  ola bilər)şəkilləri, sizdə pozitiv enerji , müsbət emosiyalar yarada biləcək elementlər və ya əşyalar ola bilər.

Müəllif: Günay İbrahimova