Yayda dəbdə olacaq stillər hansılardır?

2015 Yaz/Yay sezonunu rəngarəng olmaqla yanaşı , 70-ci illərin havasını müasir elementlərlə birləşərək geyimlərdə əks olunduğunu görə bilərik. Küçə dəbinə baxsaq zərifiyi,incəliyi vurğulayan 60-cı illərin sonu 70-ci illərin əvvəlləri azad üslubu təmsil edən bohem stili, rənglər və naxışlarla diqqət cəlb edən, bir o qədər də sadə və lüks görünümə sahib olan geyimləri görə bilərik.
1. Bohem stili – festivalları, konsertləri bohem stilsiz təsəvvür etmək mümkünsüzdür. Bu il həm də gecə geyimlərində də bohem stilini görə biləcəksiniz.

2. Uzaq Şərq stili-bu ilin maraq cələb edən geyimlərindən biridir. Əgər sizdə fərqli görünmək istəyirsinizsə kimonolar, ənənəvi Yapon paltarlarından ilhamlanaraq hazırlanan Obi kəmərlərdən istifadə edərək öz stilinizi yarada bilərsiniz.

3. Maskulin stili- kişi geyimin qadınlara görə moderizə edilmiş halıdır. Oversized pencəklər, parça şalvar və ətəklər feminen duruş yarada bilərsiniz.

4. Retro stili- 60-70-ci illərin incəliyini bu il də görmək mümkündür.

5. Əsgəri(military)stili- hərbi mövzulu geyimlər və əsgər yaşılı geyimlər yenə forma görünüşünü xatırladan, böyük cibli pencəklər və paltarlar bu il əsasən maskülen stilində qarşımıza çıxacaq.

6. Püsgül və tük dəbi- bunları bu il həm geyimlərdə, həm də aksesuarlarda görmək mümkündür. Geyimə ayrı bir rəng qatır.

7. Monoxrom(ağ və qara rənglərin ahəngi)- Hər il olduğu kimi bu il də qara və ağın möhtəşəm ahəngi xanımların qarderobunu bəzəyəcək.

8. Jilet dəbi-bu il dəbdə olan bu jiletləri hər bir geyiminizlə rahatlıqla uyğunlaşdırıb geyinə bilərsiniz.

9. Culotte dəbi-bu il bütün xanımların olmazsa olmazı olan buətək  şalvarlar yayın ən dəbli, eyni zamanda da ən rahat geyimidir. İstəsəniz sport, istəsənizdə klassik stil yarada bilərsiniz.

10. Köynək paltar dəbi- yay üçün çox əlverişli və rahatdır. İstəsəniz tək, istəsəniz də şortlarla geyinə bilərsiniz.

Müəllif : Nərmin Həmidli