Makiyajsız yayda necə əlvan görünək ?

Artıq yaydır!Xanımlar, yay isə istirahət deməkdir. Bu istirahət  həmçinin bizim dərimizə də aiddir. Çünki payız ,qış və yaz aylarında make up edərək nəfəs almasına icazə vermədiyimiz dərimiz istirahətə ehtiyac duyur. Buna görə də  kosmetoloqlar da dərimizi yay  aylarında kosmetik vasitələrlə yukləmədən nəfəs almasına icazə verməyimizi məsləhət görürlər. Bəs biz xanımlar solğun  görünməmək üçün nələr edə bilərik?

Bu əslində yayda çox asandır. Çünki yay günəşindən qaralan və parlaqlaşan dərimiz bu solğunluğu aradan qaldıran ilk addımdır. Sonrakı addımlar isə bizim zövqümüzlə, tərzimizlə bağlıdır. Bu yay fəslinin trendləri  bizi makiyajı etmədən də gözəl göstərməyə kömək edəcək .

Ilk öncə onu qeyd edim ki ,bu yay əlvan rəngli sarafanlar, rəngarəng printli  geyimlər və aksesuarlar çox dəbdədir. Buna nümunə olaraq, Dolce and Gabbana, Valentino , Gucci və s.  kimi brendlərin  yaz- yay  kolleksiyalarını  göstərmək olar. Yəni  rənglərdən cəsarətlə istifadə etmək artıq zövqsüz sayılmır.  Siz ən sadə bir rəngdən ibarət geyimlərinizi ( bu istər çimərlik, istərsə də gundəlik geyimlərinizə aid ola bilər)  bu ilin trendləri olan saç  aksesuarları və digər aksesuarlarla rəngləndirərək  əlvan görunüş əldə edəcəksiniz.

1)Müxtəlif saç bandana ,çalmalarından istifadə edin.

2)Üzünüzün rəngini açacaq iri və rəngarəng boyunbağı ,sırğalar taxaraq kosmetikanı bir az da olsa əvəzləyə bilərsiz.

3)Komsetik vasitə çox az da olsa istifadə etmək istəsəniz ,tonal kremlərdən uzaq durun(tərlədikcə bu kremlər dəriniz üçün  daha da ziyanlı olacaq ) çalışın sadə ya göz ya dodaq makiyajı edəsiniz.Ən yaxşı halda yalnız canlı rəngdə olan dodaq boyası  və ya təravətli kirşan vura bilərsiz .

4)Rəngarəng və ya üzərində bantı olan şlyapalar taxın .Nəzəri makiyajdan alacaq.

5)Başınıza gül çələngləri edə bilərsiz .Son zamanlar güllərdən olan aksesuarlar çox istifadə edilir.

6)Dəriniz xeyli qaralıbsa ,maraqlı flash tatular ,xınalar və ya çoxlu qolbaqlar ilə qolunuzu əlinizi bəzəyin .Bu da əlvan görünməyin bir yoludur.

7)Geyimlərinizdə qızılı aksesuar və ya çalarlardan istifadə edin. Yay da qızılı rəng sizi makiyajsız olsanız belə çox canlı göztərəcək.

8)Etnik ,milli elementləri ,detalları və printləri olan geyimlər geyinin.

9)Boynunuza rəngli ,printli şərf və ya yüngül yaylıq bağlamaqla üzünüzün rəngini açın.

10)Elə cə də ,son olaraq yayda daha çox əlvan görünmək istəyənlər hippie ,boho şık tərzlərində geyinə bilərlər.

Müəllif: Günay İbrahimova