İncə ipli stilettolar…bu ilin dəbi

Cannes Film Festivalı, CFDA, Critics Choice Award və digər moda tədbirləri ilə bərabər qırmızı xalılardan yüzlərlə ulduz keçdi və onların arasından bir çoxu zərafətləri və stilləri ilə uzun müddət adlarından bəhs ediləcək məşhurlar siyahısına əlavə olundular. Bəs bu sezon festivallarda geyimlərin altında ən çox hansı ayaqqabılara üstünlük verildiyinə diqqət etdinizmi?

İncə dabanın yaratdığı siluetin qadınları cəzb etməməsi mümkün deyil. Ön hissəsi nazik bir ipdən ibarət olan stiletto tipli hündür sandaletlər ayağı daha zərif göstərir və əsasən pəncəsiz ayaqlarda istifadə olunması daha məqsədəuyğundur.

Stiletto dəbi son illər olduqca sürətlə yayılıb və demək olar ki, hər bir xanımın qarderobunda öz yerini tapıb. Yay mövsümündə isə yuxarıda qeyd etdiyim kimi bir çox ulduz və moda ikonlarının da seçimi olan incə ipli stilettolar sizə dəbli və incə görüntü bəxş edəcək. Əsasən yay gecələrindəki şık görünüşü, günün dəbini əks etdirən belə stilettolar tamamlayacaq.

Müəllif : Günay Yunuszadə