İşgüzar stil…

Geyim qadının yaraşığıdır, qadın hər zaman baxımlı olmalıdır. Xüsusilə də işgüzar qadın. Çünki o, həmişə göz önündə olur. Stili olan hər bir qadın öz geyim tərzini iş geyimlərində də göstərir. İşə gedərkən nəyi nece geyinməliyik?

İşə gedərkən rahat, bir o qədər də şık olmalıyıq. İşgüzar qadının qarderobunda ən önəmli parçalardan biri ətəklərdir. Qələm ətəklər iş üçün ideal seçimdir. Lakin hərəkətli iş rejiminiz varsa, çalışın dar ətəklərdən uzaq durasınız. Diz üstü və ya midi klyoş ətəklərlə müxtəlif işgüzar kombinlər yarada bilərsiniz.

Köynək və pencəklər isə geyiminizin ən şık parçasıdır. İş geyimi dedikdə ilk ağla gələn ağ rəngli köynəklər olur. Lakin rəngli və sadə köynəklərlə də geyiminizi tamamlaya bilərsiniz. Maskulin tərz, bol pencəklər iş geyiminə ayrı bir hava qatır. Bu il dəbdə olan uzun jiletlərlədə maraqli iş kombini yaratmaq olar.

Şalvarlarla da ətəklər kimi ofis şıklığı yaratmaq mümkündür. Slim fit şalvarlar, ispan ətəkli şalvarlar, kapri şalvarlar iş üçün uyğundur. Əgər bu ilin dəbini iş ortamında daşımaq istəyirsinizsə, klassik kyulotlar (culotte) geyinə bilərsiniz.  Əgər jeans şalvarlar geyinmək istəyirsinizsə, sadə fit jeansləri bol pencəklərlə, trapes jeans şalvarları isə qısa jiletlərlə retro tərzində geyinə bilərsiniz.

Ən əsas element isə  ayaqqabılardır. Gün ərzində özünüzü rahat hiss etməyiniz üçün ayaqqabı seçimində diqqətli olmalısınız. Əgər rahat ayaqqabı istəyirsinizsə,   babet, düz daban(flat shoes) və loafer ayaqqabılardan istifadə edə bilərsiniz. İş xanımlarının isə vazkeçilməzi stiletto ayaqqabılardır.

Aksessuar seçimində isə çalışdığınız qədər sadə, lakin elə seçimlər etməlisiniz ki, fərqli və geyiminizi tamamlayan olmalıdır.

Müəllif : Nərmin Həmidli