Güpürlərin Zərafəti

Güpür özündə hər zaman cazibə, qadınlıq xüsusiyyəti, zərafət əks etdirmişdir.Əvvəllər xüsusi günlər üçün nəzərdə tutulan və gündəlik geyim sayılmayan güpürlər son dövrlərdə  modabazların sevimlisinə çevrilmişdir. 2015 yay mövsümündə də don, bluz, ətək, pencək, şort və hətta şalvarları belə güpürlər bəzəyəcək. Gəlinliklərdə görməyə alışdığımız güpürlərin müxtəlif növləri ilə romantik bir yay  mövsümu bizi gözləyir. Valentino, Carolina Herrera, Burberry, Moschino kimi markaların kolleksiyalarında bir-birindən gözəl nümunələr var. Ən çox ağ rəngdə sevilən güpürləri indi bir çox rəngdə görmək mümkündür. Prospektlərdə, küçələrdə və hətta çimərliklərdə qarşımıza çıxacaq güpürlər müxtəlif materiallarda  və formalarda çox fərqli görünür.

Kombininizə zərif və nəcib bir görkəm verən güpür geyimlərinizi daha sadə və düz parçalarla birlikdə kombinləməlisiniz.Özlüyündə çox diqqətçəkən olan güpürlər bu cür kombinlərdə daha eleqant obraz yaratmağınıza səbəb olacaqdır.

Bir çox çərçivələrin qırıldığı trendlər içərisində güpürlər də var. Çünki güpürlərin də istifadə imkanları genişlənib və özü ilə bütün kombinlərinizi daha cazibədar formaya salacaq. Güpürlərin ən gözəl tərəfi isə istər cins, istər dəri, istərsə də ən kişisayağı geyimlərlə belə istifadə edərkən qadınsayağı toxunuş edirsiz. .Hətta  aksesuarlar, ayaqqabı və corablarda da güpürlər qarşımıza geniş çeşiddə çıxır.Qarderobunuzda bu il bir dənə güpür geyim elementinə yer ayırın mütləq.

Müəllif : Günay İbrahimova