Xaki ,Militari və Safari…

2012 -ci ildən dizaynerlərin kolleksiyalarında nəzərə çarpan millitari (hərbi)üslub 2015 yaz-yay trendləri içərisində də öz yerini qoruyur.Belə ki, bir birinin məntiqi davamı sayılan millitary trendi və xaki rəngi  öz ardınca safari üslubunu da moda aləminə qaytardı.Tarixə nəzər salsaq görərik ki, formalardakı xaki rəng ilk dəfə ingilislər tərəfindən 1850- ci illərdə Hindistanda istifadə olunmağa başlanılıb. İngilis ordusu  ağ forma ilə asan hədəf olduğunu düşünərək  formaların üstünə toz, palçıq,çay, qəhvə, ot ləkəsi sürtərək paltarların rəngini əraziyə uyğunlaşdırmağa çalışmışdır.Hindistanda torpaq rənginə bənzəyən bu formaların rənginə hind dilində khaki tərcümədə xaki deyirlər.
Xaki rənginin daha çox istifadə edildiyi üslublardan biri də safari üslubdur. Təbiət və hərbi elementləri özündə birləşdirən safari üslubu rahatlığı ilə seçilir.
Siz də qarderobunuzda elementlərin hər üçünü birgə qarışdıraraq və ya ayrılıqda digər geyimlərlə maraqlı kombinlər edərək istifadə edə bilərsiz. Xaki rəngdə, hərbi printli  şortlər, köynəklər, şalvarlar, sarafanlar və s. geyim növləri sizə bu işdə kömək edəcəkdir.
Çimərlik geyimlərində də bu elementlərə rast gəlmək  mümkündür.
 Müəllif : Günay İbrahimova