Rahatlıq və dəb

Yəqin ki, hamımızın qarderobunda bir dənə də olsun midi/dizüstü  trikotaj və ya fərqli parçalardan olan rahat donlardan vardır. İstər yay aylarında, istərsə də yazda və payızda bu donlarla maraqlı kombinlər yaratmaq mümkündür. Rahatlığı ilə xanımların diqqətini cəlb edən bu donlarla düzgün kombin olunduqda fərqli görünmək çox asandır.Sözü gedən donları sərin  havalarda qısa bot və dəri gödəkcə ilə geyinmək mümkündür.

Bu donu cins pencəklə geyindikdə flatform, düz daban və hündür daban tərliklərdən istifadə etmək məqsədəuyğundur.Bu arada son zamanlar tərliklər çox dəbdədir.Yayda barmaqarası səndəllərlə dəniz kənarında çimərlik geyimlərinizin üzərinə rahatlıqla geyinə bilərsiniz.

Bəs bu sadə donları heç zəhmət çəkmədən daha maraqlı hala gətirmək mümkündür desək? Bunun üçün bizə lazım olan sadəcə kiçik bir saç bandıdır. Zövqə görə donun hansı yerini istəsəniz, saç bandı vasitəsi ilə tərsindən sabitləyirsiniz. Və bələliklə, artıq bir don əvəzinə qarderobunuzda çox yer tutmayan iki dona  sahib olursunuz 🙂

Müəllif :Nərmin Həmidli