Birkenstock hansı tip ayaqqabılardır?

Rahatlıq- Birkenstock

Hündür daban ayaqqabılardan bezən yəqin ki, çox xanım var. Hamı rahatlıq axtarır və elə ayaqqabılar geyinmək istəyirlər ki , həm rahat olsun həm də bütün geyimlərlə kombin etmək olsun. Birkenstock stili bu il rahatlıqı ilə hamının maraqını cəlb edib. Ilk baxışda heç də qəşəng görünməyən bu tərliklər geyinildikdən  sonra rahatlığına görə xanımaların  vaz geçilməzinə çevrilir.

1774-cü ildə Johann Adam Birkenstock tərəfindən Almaniyada yaradılan bu ayaqqabılar ayaq tərlətməyən materialdan hazırlanıb. Ilk vaxtlar evlərdə və xəstəxanalarda istifadə olunan bu tərliklər 1990-cı ildən sonra gündəlik həyatda istifadə edilməyə başladı. Küçə dəbində isə xanımlar bu tərlikləri dəbə saldı . Hal-hazırda başqa  markalar da  bu tərliklərin eynisini və daha yaxşı və fərqli formalarını istehsal edirlər.

Isti yay günlərində ,hətta payızın ilk aylarında belə  rahatlığı  ilə ön plana keçən bu tərlikləri şort, ətək, şalvar və ya don ilə  geyinə bilərsiz. Istər sport ,istər də klassik geyimlərlə rahatlıqla kombin etmək mümkündür.Hamıdan cool və şık görünmək istəyirsinizsə birkenstock geyinərək ən şık geyiminizlə belə kombin edib hamıdan fərqlənə bilərsiniz.

Müəllif : Nərmin Həmidli