Bu gün ofisdə “Qırmızıdır”!

Ofisdə qırmızı

Tətil bitir və yavaş-yavaş işə hazırlaşırıq. Rənglərlə dolu bir tətildən sonra yəqin ki, heç kim tünd rənglərlə işə başlamaq istəməz. Bu dəfə ofisdə qırmızı rəngdən istifadə edecəyik. Qırmızı,rənglər içərisində diqqəti ilk cəlb edən rəngdir. İş üçün bu rəngi elə kombin etməliyik ki, çox gözə çarpmasın, amma sadəliyi ilə də göz oxşasın.
Əgər geyiminizdə çantanızı ön plana çıxarmaq istəyirsinizsə qırmızı rəng seçərək ən düzgün seçimi etmiş olarsınız. Yox əgər ayaqqabılarınızı ön plana çıxarsanız ,cool bir görünüş əldə edə bilərsiniz. Geyiminizi qırmızı pencək və ya yüngül palto ilə də tamamlaya bilərsiniz.

Əgər qırmızı köynək geyinmək qərarına gəlmisinizsə, geyiminizi qara rənglə tamamlayın. Çünki onda sadə ,lakin eleqant bir görünüş əldə edəcəksiniz.Artıq kənarda qalmaqdan bezdiniz və göz önünə olmaq istəyirsinizsə ,qırmızı ətək və ya şalvar geyinə bilərsiniz. Qırmızı istər istəməz diqqəti cəlb edir və siz işinizdən aslı olmayaraq, insanların diqqət mərkəzində olursunuz. Yox əgər  siz  həmişə iddialı geyinməyi sevirsinizsə və bunu iş geyimlərində göstərməkdən çəkinmirsinizsə deməli qırmızı rəng tam sizlikdir.

Müəllif : Nərmin Həmidli