Payız və “Olmazsa -Olmaz “dəri gödəkçə

Payız həyatımıza özü ilə bərabər dəri gödəkçələri də gətirir.Payız yaxınlaşır… Əksər insanların günəşli və aydın havaları sevdiyi statistik bir faktdır. Belə havalarda insanların əhvalının daha yüksək olduğunu nəzərə alsaq, payız fəslinin bir o qədər də sevilmədiyini deyə bilərik. Əlbəttə, payızı səbirsizliklə gözləyən insanlar da mütləq vardır. “Mən də bu qrup insanlara aidəm” desəm yalan olar, lakin payızı sevməyin yollarını tapmışam. Hansı ki, modayla bağlı olan bu yollar modabazlara payızı sevdirə bilər. Ilk olaraq- soyuqdan qorunmağa çalışmadan qış aksesuarlarından rahatlıqla istifadə etmək( papaq, şərf). Yalın ayağa qışlıq yubkalar, şortlar geyinmək. Bu mənim ən sevdiyim cəhətdir, belə ki, qışlıq qalın toxunma və ya dəri ətəklər qış fəslində yalın ayaqda sanki tamamlanmamış bir obraz yaradır. Ətrafda hərkəs soyuqdan qorunmaq üçün bürünmüşkən sənin yalın ayaqla( kapron kalqotka da ola bilər) “xeyir mən üşümürəm” deməyin heç də inandırıcı olmayacaq. Buna görə də payız müxtəlif, fərqli, qeyri-adi kombinlərin fəslidir desəm yalan olmaz. Elə dəridən söz açmışkən qarderobumuzun bugünki ulduzu- dəri gödəkçələrdən danışım.

Dəri gödəkçələr bu il dəbdədir” cümləsi necə də gülməli səslənir elə deyil? Əsrlərdir öz aktuallığını qoruyan dəri gödəkçələr payızın gəlişi ilə həyatımıza daxil olur. Bu sezonun 2015-2016 p/q kolleksiyalarına nəzər yertirsək fərqli kəsimli, rəngli, kürklə qarışıq və nabuk adlandırdığımız dərinin tərs üzündən istifadə olunaraq dizayn edilmiş gödəkçələrlə qarşılaşacağıq. Diesel Black Gold, Givenchy, Just Cavalli, J. Mendel, Louis Vuitton, Paule Ka, Moschino, Versace kimi brendlərin bir neçə modeli ilə tanış olaq və necə şərh olunduğuna nəzər yetirək.

Biker tərzi gödəkçələr isə hər il müxtəlif formalarda təqdim olunsa da əsas tərzində heç bir dəyişiklik edilməsi mümkün deyil. Belə ki, bu tərz gödəkçələriniz illər öncələrdən qalmış olsa da hələ də istifadəyə tamamilə yararlıdır. Ən son kolleksiyalarda bu gödəkçələri keçmiş sərt obrazına nisbətən daha mülayim dizaynda gördük.

Dediyim kimi dəri gödəkçələr hər zaman dəbdədir və tələbat yüksəkdir. Əgər siz də klassik və cəlbedici payız obrazı yaratmaq istəyirsinizsə qarderobunuza göz gəzdirin və dəri gödəkçələrinizi düzgün dəyərləndirin.

Müəllif: Günay Yunuszadə