Lana Del Rey stili …

Bu gün sizə əsl adı Elizabeth Woolridge Grant  olan Lana Del Reyin stilindən danışmaq istərdim. Sıx uzun layner və dalğalı saçlar dedikdə ilk ağla gələn Lana Del Rey olur. İnsana romantik, nostalji bir təsir bağışlayır  və əsasən retro stilində geyinir. 60-70-ci illərin havasını günümüzlə çox yaxşı əlaqələndirə bilir.

Gündəlik həyatında Lana Del Reydə rahatlığa üstünlük verir. Converse və babetlər vazgeçilməzidir. Daha çox cins şalvarlar geyinir. Şortlardan, t-shirtlərdən bir sözlə rahat ola biləcəyi geyimlərdən istifadə edir. Demək olar ki ,bütün geyimlərində ağ rəngdən istifadə edir.

Səhnə geyimləri çox vaxt qısa donlardan ibarət olur. Və aksessuar olaraq isə iri çiçəkli taclardan istifadə edir.

Qırmızı xalıda da yenə  saçları öz  nostaljiliyini qoruyub saxlayır, geyimləri isə sadə, amma bir o qədərdə zərif və elegant olur.

Döymələri haqqında da onu deyə bilərəm ki, Lane Del Reyin yalnız əllərində çox gözə batmayan döymələr vardır. Sol əlinin üstündə  “M” hərifi nənəsin adı Madeleine deməkdir. Sol əlinin ön hissəsinə yazılan “paradise” cənnət deməkdir. Və yenə sol əlində üzük barmağının iç hissəsinə yazılan  “die young” gənc öl dəməkdir. Sağ əlinin ön hissəsinə “trust no one” heç kimə güvənmə  yazılıb. Sağ qoluna “Nabokov Whitman” mənası Vladimir Nobokov və Walt Whitman ilə bağlıdı.  Sol qolunda isə “Chateau Marmont” döyməsi var. Sol əlində sonsuzluq işarəsi və sağ əlində isə “ Life is beautiful”  həyat gözəldir yazılıb.

Müəllif: Nərmin Həmidli