Olmazsa- Olmaz” T shirtlər…

Hər bir xanımın qarderobunda MUST HAVE -OLMAZSA OLMAZ dedikləri elementlər arasında fikrimcə T-shirtlər mütləq olmalıdır. Sport ,lakin geyimlərə ayrı bir hava qatan sadə,loqolu və ya müxtəlif naxışlı T-shirtlər üçün mütləq qarderobumuzda bir yer ayırmalıyıq.  Olduqca əlverişli olan T-shirtləri demək olar ki, hər bir  geyiminizlə rahatlıqla kombin edə bilərsiniz. Hündür daban ayaqqabı və cins şalvarı sadə və ya loqolu bir T-shirtlə tamamlasanız inanın ki, çox havalı görünə bilərsiniz.

Yaxa formasına görə də T-shirtlər fərqlənir. V yaxa T-shirtlər geyimə daha feminin  bir hava qatır. Yox əgər daha spor və daha şık olmaq istəyirsinizsə ən ideal seçim yumru yaxa  T-shirtlərdir. Polo yaxa T-shirtlər isə geyimə həm sport ,həm də rahat elegant bir hava qatır

Bir pencək geyinmək istəyirsinizsə və cox ciddi görünmək istəmirsinizsə pencək altına sadə və ya naxışlı T-shirt geyinərək geyiminizin havasını deyişə bilərsiniz.Loqolu və naxışlı  T-shirtlərlə daha da şık daha da tərz görünmək mümkündür. Küçə dəbinə baxsanız mənim nə demək istədiyimi başa düşəcəksiniz.Əsas ağ rəng T-shirtlərlə olduqca çox kombin yaratmaq mümkündü. Amma ağ rəngdən başqa qara və boz rəngli T-shirtləridə unutmaq olmaz.

Müəllif: Nərmin Həmidli