Jane Birkin və Hermes “Birkin”

Jane Birkin və Hermes “Birkin”

Keçən həftələrdən bəri moda dünyasına sürətlə yayılan və hələ də gündəmdən düşməyən xəbər Jane Birkinin Hermesə sərt tənbehi oldu. 1984-cü ildən bəri istehsal olunan çantayla bağlı Peta vasitəsilə bəyanat verən Birkin, “çantaların hazırlanmasında timsahlara zərər verilərək onların dərisindən istifadə edildiyini öyrəndim. Beynəlxalq bir tədbir görülməyənədək markadan yeni bir ad qoymasını tələb edirəm.” deyə bildirdi.

Petanın iddialarına görə Texasdan Zimbabveyə qədər uzanan timsah sahələrində əldə etdikləri görüntülər Hermesə aiddir. Hermes isə “Jane Birkinin timsahlar barəsində narahatlığını anlayırıq. Qeyd edilən sahədəki fabrik bizə aid deyildir və oradakı timsah dərilərindən bizim istehsalatda qəti istifadə olunmur. Bu barədə araşdırma aparılır.” deyə açıqlama verdi.

Əslində illərdir bohem stili ilə ilham verən bu xanımın markayla adından başqa heçbir əlaqəsi yoxdur. Jane Birkin bir açıqlamasında cəmi bir ədəd Hermes Birkin’ə sahib olduğunu və üzərinə yapışqanlı şəkillər əlavə edərək fərqli formalarda istifadə edtiyini bildirmişdi.

Məşhur çantanın hekayəsini bilməyənlərə qısa olaraq bildirək : Hər şey Parisdən Londona uçan Jane Birkinin çantasındakıları yerə tökməsiylə başladı. Təsadüfən yanında əyləşən Jean-Louise Dumas ona cibləri olan bir çanta almasını təklif etdi. Cavabında isə “niyə Hermes Kelly-dən böyük, lakin çamadana yerləşəcək bir çanta yaratmırsınız?” cavabını aldı. Beləliklə, bu çantanın eskizləri yol boyu hazırlandı.

Jane Birkinin bu iddiasına sevinənlər də vardır. Axı bir çoxları onun adının yerində olmağı istəyərlər. Dünyada bir şəxsdən ilhamlanaraq yaradılmış və ad verilmiş məhsullar sıralamasında çantalar ilk yerdədir. Başqa bir Hermes məhsulu olan və adını Grace Kellydən alan “Kelly”, Mulberry-nin Alexa ya ithaf etdiyi “Alexa”, Louise Vuitton-un Sofia  Coppolo tərəfindən dizayn edilən “Coppolo bag”i,  və s.

Məqaləni Hermes Birkin haqqında məlumatlarla sona çatdırmaq istəyirəm.

-1 Birkinin hazırlanması 20 saat tələb edir

-Qiyməti 10-150 min dollar arasında dəyişir

-Bugünə qədər ən bahalı Birkin qızıl işləməli, qırmızı timsah dərisindən olub və bir auksionda 203 min 150 dollara satılmışdır.

-Çantanın ən çox tələb edilən rəngi mavidir

-Ən çox Hermes Birkin sahibi olan məşhur Victoria Beckhamdır. Qeyri-dəqiq məlumatlara görə ümumi dəyəri 1,5 milyon pound olan 100 çantaya sahibdir.