Stella McCartney

Stella McCartney

Hər zaman dizaynerlərin həyatını araşdırarkən olduqca çox məlumat oxuyub, hətta bunları necə yığcam hala gətirəcəyimi düşünürəm. Yəqin ki, bunun səbəbi  dünyaca məşhur, hətta əsrlər əvvəl yaşamış dizaynerlərin həyatına müraciət etməyimdir. Bu dəfə bəhs edəcəyim  ingilis dizayner Stella McCartneydi. O öz sözünü demiş və çoxları tərəfindən yüksək qiymətləndirilən dizaynerdir. Həyat və yaradıcılığı haqda məlumatla aşağıda tanış ola bilərik.

Stella McCartney 1971-ci ildə  Londonda əfsanəvi qruplardan biri olan “The Beatles” in üzvü Paul McCartney və fotoqraf  Linda McCartneyin qızı olaraq dünyaya gəlmişdir.  Məşhur ailəyə sahib olmasına baxmayaraq normal uşaqlıq keçirən Stellanın sənətə böyük maraqı olmuş və uşaq yaşlarından özü üçün geyimlər dizayn etməyə başlamışdır.

13 yaşında ilk üst geyimini hazırlayan Stella, stajını Christian Lacroixin  yanında başa vurmuşdur. 1995-ci ildə London’s Central St. Martins College of Art & Design məktəbini bitirən McCartney, ilk kolleksiyasını Naomi Kampbell, Kate Moss, Yasmin Lee Bon kimi məşhur modellərin üzərində tanıtmışdır.

Stella McCartney 1997-ci ildə  Chloe brendinin kreativ direktoru olmuş, 2001-ci ildə öz markasını yaratmışdır. 2003-də ilk ətir kolleksiyasını, 2008-də isə alt paltarı kolleksiyasını təqdim etmişdir. Həmçinin Gucci, Adidas, H&M kimi markalar üçün kiçik kolleksiyalar hazırlayaraq,  Karl Legerfeldin yolu getdiyini sübut etmişdir.

Şəxsi həyatından bəhs edərkən, ilk olaraq anası kimi veğeteryan olduğunu qeyd etmək istəyirəm. Stella 30 Avqust 2003-cü ildə İnglis aparıcı Alasdhair Willis ilə evlənmişdir və 4 övladları var.

Qazandığı mükafatların bir qismini qeyd etmək istərdim.  VH1/Vogue Designer of the Year award (2000), GlamourAward for Best Designer of the Year (2004), Star Honoree at the Fashion Group International Night of the Stars (2004),  Elle Style Award for Best Designer of the Year Award (2007), Green Designer of the Year at the ACE Awards (2008). Həmçinin Kraliça II Elizabet tərəfindən moda sahəsindəki işlərinə görə  Officer of the Order of the British Empire (OBE)  (2013)  nişanıyla təltif olunmuşdur.

Müəllif:Günay Yunuszadə