Öz bədənini tanı…

Öz bədənini tanı…

Hər bir qadın gözəl görünmək istəyir. Buna görə də ən vacib şərtlərdən biri bədəninimizi düzgün tanımaqdır. Buna görə də bu gün sizə bədən tiplərindən danışacağıq.

Əsas 5 bədən tipi var. Gəlin bunlarla tanış olaq:

  • Alma – dolğun qarın və bel, iri çiyni olan bədən tipidir. Bu bədən tipinə sahib olan xanımlar əsas qarın hissəsini gizlətməlidir. Bunun üçün tökülən , geniş koftalar geyinməlidirlər. V yaxalardan istifadə etməlidilər ki, çiyinləri daha incə görünsün. Dik xəttli koftalar sizi daha incə və zərif göstərəcək.
  • Düzbucaqlı – çanaq, bel və çiyin hamısı bir birinə bərabərdir. Bu tip bədən quruluşu olan xanımlar əsasən bellərini vurğulamalıdırlar. Buna görə də kəmərlərdən istifadə edin. Belinizi vurğulayacaq geyimlər geyinin. Pencək geyinərkən bel hissədən bir düyməsini bağlayın.
  • Armud – incə belli, dar çiyinli və geniş çanaqlı ,ancaq iri sinəli olmayan bədən tipidir. Bu bədən tipinə sahib olan xanımlar əsasən diqqəti üst bölgəyə çəkməlidirlər.Buna görə iddialı boyunbağılardan və sırğalardan istifadə edin. Naxışlı koftalardan istifadə edin. Wrap-dress(bir hissənin digər birinin üzərinə gələn donlar) bu bədən tipi üçün ən uyğun geyimlərdəndir. Bu tip bədən quruluşu olan xanımlar  geniş ətəkli şalvarlardan istifadə etməlidirlər. Əgər dar ətəkli şalvarlardan istifadə etmək istəyirsinizsə ,bu zaman üstünə uzun tuniklərdən və uzun koftalardan istifadə etməlisiniz.
  • Qum saatı – geniş çiyinli, incə beli, geniş çanaqlı və iri sinəli olan bədən tipidir. Ən ideal bədən quruluşudur. Qələm ətəklər tam sizin üçündür. Belinizi bildirən bütün geyimləri geyinə bilərsiniz.
  • Tərs üçbucaq- dar çanaqlı, düz beli və çox enli çiyinli bədən tipidir. Bu tip xanımlar çiyinlərini daha incə göstərməli bel və çanağı isə daha geniş göstərəcək geyimlər geyinməlidir. İri klyoş ətəklərdən və yan hissənizə qədər uzanan koftalardan istifadə edin.

Müəllif:Nərmin Həmidli