Ofisdə rahat ol!

Ofisdə rahat ol!

Ofisdə özünü rahat hiss etmək vacibdir.Insanların beynində yaratdığınız ilkin fikir, iş həyatında olduqca böyük rola sahibdir. Qazandığınız uğur qədər yaratdığınız imic də kariyeranızda önəmli olacaqdır.İmicinizi geyiminizlə, hərəkətlərinizlə, işinizlə siz ərsəyə gətirirsiniz və güclü bir imiclə pillələri iri addımla qalxmaq sizin əlinizdədir.

Əgər gündəlik olaraq mini ətək və ya straples kofta istifadə etmirsinizsə, bir səhər geyinib üzərinizdə bunlar ilə işə tələsdiyinizdə, tez yerinizi alıb maillərinizi yoxlayarkən bir əlinizin ətəyinizdə, digərinin sinənizdə qalacağından əmin olun. Bəhs etdiyim açıq, qapalı, qara rəng və ya qırmızı rəng bir geyim deyil. Deməyə çalışdığım saatlarla iş masasında otursanız belə “tez evə gedib üstümdəkiləri dəyişim, rahat olum” deməyəcəyiniz kombinləri yaratmaqdır.

Diqqət etməniz lazım olan digər məqam isə iş stilinizdən uzaqlaşmayaraq ciddiyətinizi itirməməyinizdir. Əziz modabazlar, ən əsası yuxarıda qeyd etdiklərimlə yanaşı, şık görünüşünüz və zövqlü seçimlərinizlə diqqət mərkəzində olmalığınızdır.

Hər bir insan üçün rahatlıq anlayışı eyni ola bilməz, necə ki mənim anam düz dabanlı ayaqqabını daha narahat hesab edir. İnsan özünü rahat hiss etdiyi geyimin içində daha gümrah, daha pozitiv və enerjili olur. Jurnallarda və ya saytlarda gördüyünüz hər hansı bir obrazı yaratmaq istərkən öz komfortunuzu qurban verməyin. Unutmayın hər səhər qarderobunuzu açıb “bugün nə geyinim görəsən?” deyərkən elə öz markanızı yaradırsınız. Yolda, yeməkdə, işdə sizinlə qarşılaşanlar bu markayla tanış olur və ilk düşüncənin müsbət olmasında böyük rol oynayır.

Küçə dəbi arasından seçdiyim və bəyəndiyim kombinləri siz də izləyə bilərsiniz .İş obrazı yaradarkən bu obrazlardan da fikirlər götürə bilərsiz.

Müəllif :Günay Yunuszadə