Zəhmətsiz eleqantlıq”-Normcore stili

Normcore  stili- bəlkə də  çoxlarımız bu stilin nə olduğunu bilmirik. “Zəhmətsiz eleqantlıq”  adlanan bu stil sadə, sport,rahat və dəbli görünməyin ən asan yoludur. Daha çox fərqlənməyi sevməyən lakin ,dəbli görsənən ,eyni zamanda sadəliyə üstünlük verənlər bu stili seçə bilərlər.Fəsildən aslı olmayaraq hər zaman rahatlıqla geyinə biləcəyiniz və Unisex (həm kişi ,həm qadınların geyinə biləcəyi geyimlər)geyimlərin ən çox istifadə edildiyi bir stildir. Bəs bu stili yaratmaq üçün əsas parçalar, rənglər nələrdir?

Bu stili yaratmaq üçün əsas ağ, qara və boz rənglərdən istifadə olunur. Burda əsas hədəf abartıdan uzaq durmaqdır. Əsas parçalardan biri T-shirt-lərdir.  Ağ, qara və boz rənglərdə istifadə olunan bu T-shirtlərin üzərinə payız/qışda bir rəng palto və ya qalın pencək ,ya da sadə bir sviter geyinə bilərsiniz.

Əsasən qara, mavi cins və ya  parça şalvarlardan istifadə edilir. Əsas odur ki, geyimin sadəliyini və rəng uyğunluğunu pozmayasan…

Bu stilin əsas özəlliyi -hündür daban ayaqqabılardan qurtulub ,rahat ayaqqabılarla belə, dəbli görünməyin mümkün olmasıdır.Məsələn , sport  ayaqqabılar və ya tərliklər geyinə bilərsiniz.

Saç və makiyaja gəlincə isə söhbət rahatlıqdan gedirsə dağınıq yığılmış və ya açıq saç, makiyaj isə ya sıfır make-up ,ya da heç bilinməyən bir makyaj edin.

Müəllif: Nərmin Həmidli