Zərafəti ilə seçilən Xanım Əliyeva

Hər zaman mənim maraq dairəmdə olan mövzu ölkələrin birinci xanımlarının geyim tərzləridir. Çünki bütün dünya miqyasında tanınan, milyonların qarşısına çıxan bir insan yalnız özünü deyil, bütün bir dövləti, xalqı təmsil edir. “Bir ölkənin qadınını görmək həmin ölkə haqqında fikir söyləmək üçün kifayətdir” deyirlər. Bizim təmsilçimiz, milyonlarla xanımın ilham qaynağı olan, zərafəti ilə göz oxşayan Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Yunesko və İseskonun xoşməramlı səfiri Mehriban Əliyevanın 26.08.2015 tarixində 51 yaşı tamam olur. Onu ad günü münasibətilə təbrik edir, gördüyü işlər və ölkəmizə bəxş etdikləri üçün təşəkkür edirik.

İxtisasca həkim olan Mehriban Əliyeva 1988-1992-ci illərdə Moskvada Göz xəstəlikləri üzrə elmi-tədqiqat institunda çalışıb. Artıq o dövrdən yüksək savada sahib olduğunu sübut edən xanım Aliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət fondunu təsis etmişdir. 2004-cü ildən etibarən Heydər Əliyev Fondunun Rəhbəri, 2005-ci il 6 Noyabrdan etibarən millət vəkilidir.

Formatımıza uyğun olaraq Mehriban Əliyevanın dəb ilə bağlılığı və fərqli stili diqqətimizi cəlb edən məqamdır. Dünyada birinci xanımlar arasında ictimai xadim olması və şəxsi keyfiyyətləri ilə yanaşı geyim tərzi, gözəlliyi, zərafəti ilə seçilən Mehriban Əliyeva bütün dünyanı heyran edən yüksək zövqə sahibdir. Dünyanın Top First Lady-ləri sıralamasında ilk olaraq adı hallanan xanım Əliyeva hər bir yerə uyğun, ölçülü geyimi, şık kombinləri və incəliyi ilə hər zaman diqqət mərkəzindədir.

Bir xanımın stili onu tamamlamalı, bütünləşməlidir dedikdə ilk olaraq ağlıma gələn xanımdır o. Qafqazların Sofia Loreni adlandırılan xanım Aliyeva dünyanın stil ikonları arasında adı hallanacaq qədər xoş təəsürat bəxş etmişdir moda həvəskarlarına.Daha çox qadınsı çizgilərini vurğulayan geyimlərə üstünlük verir ,çox vaxt klassik ,eleqant tərzdə onu görürük.

Bir xanım dövlət xadimi ola bilər, gözəl ana ola bilər, zövqlü və dəbli də ola bilər lakin bunların hər üçünün bir arada olması qeyri-adi haldır. Məhz bu qeyri-adi keyfiyyətlərə sahib olduğu üçün o Azrbaycanı dünya arenasında layiqincə təmsil edən, Azərbaycan qadınının müasirliyini, intellektini, gözəlliyini tərənnüm edən və dünyanın heyran olduğu Mehriban Aliyevadır.

Müəllif: Günay Yunuszadə