90-cı illərin dəbi bu gün !

Modanın təkrarlandığını, keçmişdə dəbdə olan geyimlərin indiki dövrün təlabatlarına uyğun dəyişərək bizim dövrə gəlməsi haqqında sizə yazmışdıq. Bu gün isə sizə 90-ların dəbinin günümüzdə necə özünü göstərməsi haqqında danışacağıq.

Günümüzdə 90 -lar …

90-ci illər artıq modanın inkişaf etdiyi, normal vəziyyətə düşdüyü bir dövr idi. Mom cinslər, qısa toplar, fosforlu paltarlar, choker boyunbağılar,xəttli köynəklər kimi bir çox geyimlər artıq günümüzün trend geyimləri halına gəliblər.Grunge stilində kombin edilmiş qısa güllü donlar,  xəttli köynəklər, dəri gödəkçələr 90-ları xatırladır.Bundan başqa jelly ayaqqabılar(rezin ayaqqabılar), biker çəkmələr,birkenstocklar 90-lardan günümüzə qalıb.Choker adlı boyunbağılar, çərçivəli eynəklər, rock stili və rəngarəng geyinmək, yan hissəsi xətli şalvarlar, işıqlı idman ayaqqabıları 90-ları xatırladan digər elementlərdir.Bu elementləri artıq müasir geyim tərzinizə qatmaqla maraqlı qarışıq bir stil ortaya çıxara bilərsiz.

90-cı illərdə dəbdə olan- “şalvar üzərindən  don geyinmək” dəbi artıq yənə günümüzdə özünü göstərir.

Tünd rəng pomadalar, ara-ara hörülən saçlar, tamamilə dağınıq diqqətsiz duran dalğalar,təpədən yarı dağınıq yarı rezinlə toplanan saçlar 90-ların məşhur saç və makiyaj detalları idi.  Xüsusilə, dağınıq dalğalar hal hazırda ən dəbdə olan saç modellərindəndir. Bundan başqa bandanalar, reper papaqlar hal-hazırda istifadə edilir.

Müəllif : Nərmin Həmidli