Belin incə görsənməsinin sirrləri…

Belin incə görsənməsinin sirrləri…

Mənim üçün gözəllik bir bütündür xariciylə, daxiliylə, özünü aparmaq qaydasıyla, oturub-duruşu ilə.. Xarici ilə dedikdə, üz cizgiləri ilə yanaşı düzgün bədən quruluşu və ən əsası bədəninə bələd olub, ona uyğun geyinmək də daxildir. Əlbəttə, hər bir insan ideal gözəlliyə sahib ola bilməz ,lakin catışmazlıqlarını kamufulyaj edə bilər. Hətta Hollywood ulduzlarının belə şəkilləri programlarla işlənmiş və ya hiylələrdən istifadə edilmiş halda bizlərə təqdim olunur. Əvvəla, hər insan ideal olmayan tərəfi ilə barışmalı bunu qəbul etməlidir. Məsələn, bir insanın ayaqları olduqca arıq olduqda bunu qəbul edib öz bədəninə uyğun şalvarlar və ətəklər seçmək yerinə, bunu inkar edib xeyir mən ideal bədənə sahibəm deyərək özünə kömək edə bilməz. Bu dəfə qalın belli xanımlar üçün araşdırma etdim və sınanan bir neçə hiyləni sizlərə təqdim etmək istəyirəm.

İlk olaraq demək istərdim ki, bizim xanımlarımızın əksər hissəsi, əsasən orta yaşa çatmışlar böyük bədən ölçülərinə sahib olur. Yəgin ki, bu genetik bir hal adığı üçün korset istifadə edən xanımların sayı olduqca yüksəkdir. Həmçinin korsetli alt geyimləri də eyni nəticəni verə bilər. Günümüzdə korsetləri nəinki dolğun, hətta s, m bədən ölçülü xanımların belə marağındadır. Kim istəməz ki daha incə bir belə sahib olsun?! Sinə və beldən aşağı hissələrinizin ölçülərinə baxmayaraq, beliniz incədirsə siz olduqca zərif və cazibədar görünüşə sahib olacaqsınız. Korsetlərin sizi 5 bədən kiçildəcəyinə heçkim zəmanət verməz, amma belinizi 1 bədən aşağı göstərən və özünüzü rahat hiss etdiyiniz korsetler sizin seçiminiz ola bilər. Seçim zamanı öz bədəninizdən 1-2 ölçü kiçik korsetlər almağa diqqət edin.

İkinci bir hiylə diqqəti başqa hissələrə, əsasən çiyinlərə çəkməkdir. Çiyinlik istifadə edilmiş dik formalı bluz və ya donlardan istifadə etsəniz, qalın belinizdən diqqət yayınacaqdır.

Mənim istifadə etdiyim və hərkəsə məsləhət görə biləcəyim bir başka üsul isə kəmərlərdir. Burada diqqət etməniz lazım olan məqam kəmərlərin tünd olmasıdır. Hər bir geyiminizlə istifadə edə bilməməyinizdən şikayət edirsinizsə, kəmər istifadəsi mümkün olan geyimlər seçin.

Əgər beliniz qalındırsa və dar donlar geyinirsinizsə, diqqətləri belinizə çəkdiyinizdən əmin ola bilərsiniz. Belə xanımlar sinədən aşağısı boş kəsilmiş köynək və donlara üstünlük verməli, dar cins və koftalardan qaçmalıdırlar. Əsasən V yaxa t-shirt’lər sizin üçün qurtarıcı hesab oluna bilər. Seçiminizi belə t-shirt’lərin lehinə edin.

Yüksək bel şalvarlar qalın belli və proporsiyası düzgün olmayan  xanımlar üçün böyük ixtiradır. Yuxarıda qeyd etdiyim kimi V yaxa t-shirtlə kombin olunan bu şalvarlar, hündür ayaqqabı ilə sizi olduqca zərif göstərməyə nail olacaq.

Mini və midi ətək arasında seçim etməli olsanız düşünmədən midi ətəyi seçib, miniləri görməməzlikdən gəlin. Mini ətək və dar bir bluzdansa boş şifon köynək və midi ətək sizi olduğunuzdan incə göstərə bilər.

Müəllif: Günay Yunuszadə