Üz formasına görə seç …

Yay bitdi ,amma günəşli havalar davam edir.Biz günəş eynəklərini nəinki yayda günəşdən qorunmaq üçün istifadə edirik ,eynilə yaz ,payız ,qış hamımız stillərimizi günəş eynəkləriylə tamamlayırıq. Onlar bizim ən əhəmiyyətli aksesuarımıza çevrilib. Hələ bir də doğru bir seçim etsək bütün tərzimiz, üz quruluşumuz, duruşumuz tam fərqli bir hal almış olar. Eynək seçərkən trendlərə görə seçilmiş, üzümüzə oturmayan eynəklər yerinə, üz şəklimizi təyin edən eynəklər seçməliyik.

Eynək seçərkən əsas bunlara diqqət etməliyik:

– Çərçivənin şəkli, üz formamız ilə kontrast meydana gətirməlidir.

-Çərçivənin ölçüləri üz ölçülərimiz ilə mütənasib olmalıdır.

-Göz bəbəklərimiz çərçivəni tam ortalamalıdır.

-Çərçivənin rəngini seçərkən saç və göz rəngimizi nəzərə aldğımız qədər, geyimlərimizin rənglərinidə nəzərə almalıyıq.

İndi isə hər üz formasına uyğun necə eynəklər seçməliyik onlara baxaq.

Oval üz forması– bu üz formasına sahib olan xanımlar  çox şanslıdırlar çünki demək olar ki, hər model eynəklərdən rahatlıqla istifadə edə bilərlər.

Yumru üz forması– bu üz formasına sahib olan xanımlar əsasən üzü uzun və incə göstərən çərçivəli eynəklər seçməlidirlər. Üzünüzü uzun göstərmək üçün qalın çərçivəli və saplı eynəklər seçin. Düzbucaqlı və kvadrat formalı çərçivəli eynəklər sizin üzünüz üçündür. Çox iri yumru çərçivəli eynəklərdən isə uzaq durun.

Kvadrat üz forması– bu üz formasına sahib olan xanımlar esas üzdəki kəskin xəttləri yumşaltmalıdırlar. Yumru və oval çərçivəli eynəklər seçin. Qalın saplı eynəklər üzünüzü uzun,  nazik saplı eynəklər isə üzünüzü qısa göstərə bilər.  Çərçivələrdə isə  (boyuna deyil eninə diqqət  edin) incə və uzun eynəklər seçin.  Üst hissəsi diqqətə çarpan bəzəkli eynəklərdə seçə bilərsiniz.

Uzun üz forması– bu üz formasına sahib olan xanımlar üzlərini olduğundan daha qısa və geniş göstərməlidirlər. Yumru və kvadrat çərçivəli eynəklər seçin.

Üçbucaq üz forması– alnınızı geniş,yanaq və çənə hissənizi dar göstərən eynəklər istifadə etməlisiniz. Buna görə də  oval və ya çərçivəsiz eynəklər tam sizlikdir. Üst hissəsi daha geniş, alt hissəsi isə daha dar eynəklər sizə  yaraşar. “Cat  Eye” eynəklərini yoxlaya bilərsiniz. Naxışlı eynəklərdən uzaq durun.

Müəllif : Nərmin Həmidli