Ofisdə rahat ayaqqabılar…

Mənim hündürdaban ayaqqabılarla böyük problemim olduğu üçün uzun zaman ayaqüstə qalacağım məkanlarda, universitetdə və ya alış-verişdə məhz flats-lar seçirəm.  Oxuduğum bir məlumata görə davamlı olaraq hündürdaban istifadə edən insanlarda balerin xəstəliyi yaranır ki, diz, bilək və bel ağrılarına səbəb olur, eləcə də ayaq formasının pozulmasına gətirib çıxarır. Ayaqqabının hündürlüyü nə qədər çox olarsa, yeriyən zaman ayağın önünə yüklənən ağırlıq 5 qat artır. Bütün  bunları nəzərə alsaq, davamlı olaraq hündürdaban seçənlərin sağlamlığında və əhvalında sıxıntıların olduğunu deyə bilərik. Alçaqdaban dedikdə yalnız balerinsayağı yox, idman, maskulin stili ayaqqabıları da nəzərdə tuturuq. Ofis üçün təqdim edəcəyimiz bir neçə obrazdan yararlanaraq, ən az hündürdabanda olduğunuz qədər zərif görünə bilərsiniz.