Leaf Greener və fərqli stil…

Bu gün sizə geyim tərzi ilə fərqlənən , özünə məxsus geyim tərzi olan  Leaf Greener-dən danışacam. Əslən çinli olan bu xanım “Leaf” jurnalının yaradıcısı,stilist, kreativ məsləhətçi, bədii rəhbər və dəb kinorejissorudur.

Çox fərqli geyim tərzi var. Rənglər və printlərlərlə oynamağı sevir. Geyimlərinə baxdıqda rəngarənglik görəcəksiniz. Hər bir geyiminə öz imzasını qoyduğunu deyə bilərik. Çoxda hündür olmayan bu xanım doğru geyinərək olduqundan daha hündür görünməyi də bacarır. Fikrimcə hər bir geyimi fərqlidir.  Aksesuar olaraq eynək və papaqlardan demək olar ki, bütün geyimlərində istifadə edir. Çox fərqli dizaynda telefon qablarından istifadə edir.Çanta seçimində də həmişə iddialı və fərqli seçimlər edir.İndi isə gəlin küçə dəbindən seçdiyim tərzlərinə baxaq.Siz də onun stilindən ruhlana və geyimlərinizdə nələrisə dəyişə bilərsiz.Fərqli stilinizi yaratmaq heç vaxt gec deyil.