Stil İkonu Twiggy…

Lesley Hornby 1960-cı illərin ilk modeli və stil ikonu. 16 yaşında kəşf olunan bu kiçik qız çox az bir müddətdə bütün dünyada məşhur olur. Həmin illərdə dolğun bədən quruluşuna sahib olan xanımlar cazibadar sayılarkən  cılız, minyon, şirin bir saç modeli və iri gözlərə sahib olmasına baxmayaraq bütün dünya onu çox sevdi və Twiggy gözəllik qaydalarını dəyişdirərək bir inqilab başlatdı. Artıq bütün qızlar onun kimi olmağa çalışırdılar. Twiggy ləqəbini isə ona həddən artıq incə olduğu üçün vermişdilər.

Beynəlxalq ilk müvəffəqiyyətini 1966-cı ildə Daily Express tərəfindən ilin üzü seçilərək daha da dünyaya səs saldı.

20 yaşında modelliyi ataraq aktrisalığa başladı. Eyni zamanda da pop,rok tərzində musiqilər oxumağa başladı.

Əsasən düz torba formasında donlar geyinərdi. Aksesuar olaraq kişi aksesuarlarına üstünlük verərdi. Qısa ətəklərin üzərinə kişi jiletləri və qalstuklardan istifadə edərdi. Dəri uzun çəkmələr və iri çantalar vazgeçilməzi idi.Əgər Twiggy stilinə sahib olmaq istəyirsinizsə, ilk olaraq saçlarınızdan başlayın qısa eyni Twiggy kimi saçlarınızı kəsdirib yana doğru düz şəkildə darayaraq nostalji bir hava qata bilərsiniz. Bundan başqa diz altına qədər uzanan corablar və dəri əlcəklər sizə tam 60-ların havasını qatacaq. Qısa rəngli donlar Twiggy-nin həmişə istifadə etdiyi geyimi idi. Ən sonda isə məşhur Twiggy  makiyajı haqqında: Twiggy qəribə bir makiyaja sahibdir.  Alt kirpik diblərinə qələm ilə yalançı kirpiklər çəkərək fərqli bir təsir yaratmağı bacarmışdı.

Müəllif : Nərmin Həmidli