Modasevərlər bilməlidir…

Modasevərlər bilməlidir…

1943-cü ildən bəri davam edən New York Fashion Week başda Fransanın moda üzərindəki gücünü azaltmaq məqsədi daşıyırdı. Sonradan dünyanın bir sıra böyük şəhərlərində ənənə halını alan bu tədbir böyük marağa səbəb olsa da, Fransanı yüksək pillədən endirə bilmədi.

Paris, London, Milan, Nyu York Moda həftələrinin mərkəzi hesab edilsə də, son illərdə İstanbul, Pekin, Berlin Moda həftələri də diqqət mərkəzindədir.

Moda həftələrinin məqsədi dizaynerlərin kolleksiyalarının təqdim olunması ilə, bir sonraki sezonun trendlərini müəyyən etmək, satış və sifariş almaqdır. Moda sahəsində böyük əhəmiyyət kəsb edən bu tədbir ildə iki dəfə- yanvar-mart aylarında payız-qış və sentyabr-noyabr aylarında bir sonraki ilin yaz-yay kolleksiyalarını təqdim etmək üçün baş tutur.

10-17 Sentyabr tarixlərində baş tutacaq New York Fashion Week ilə markalar və dizaynerlər 2016 yaz-yay kolleksiyalarını sərgiləyəcəklər. New York Fashion Week 2016 SS 10 Sentyabr 9:00-da Nicholar K. ilə moda sevərlərə açıq elan ediləcək və  17 Sentyabr 14:00-da Calvin Klein ilə bağlanışı həyata keçirəcək.

Müəllif: Günay Yunuszadə