Təcrübəçinin qarderobunda “Olmazsa Olmaz “12 element!

Təcrübəçinin qarderobunda “Olmazsa Olmaz “12 element!

Uğurlu təcrübəçilərin(stajorlar) qarderobunda olmalı 12 əşya

Yeni dərs ili ilə bərabər bəziləri üçün yeni iş həyatı başlayır. Xüsusilə, universitetinin son ilini yaxşı dəyərləndirib yarım növbə çalışanlar, bu məqalə məhz sizlər üçündür. İş həyatının ilk günlərində təcrübəçi kimi çalışan insan, real olaraq hər gün alış-veriş edə bilməz. Mane olan səbəblər həm maddi, həm də vaxt qıtlığıdır. Burada diqqət tələb edən nüans bu geyimin həm universitet, həm də ofis üçün uyğun olmasıdır. Belə ki, ömrünün yeni bir səhifəsinə keçən gənc xanımın ilk olaraq nələri almalı olduğun şəkillərdə təmsili olaraq görəcəksiniz. Hər bir uğurlu təcrübəçinin qarderobunda mütləq olmalı olan 12 əşya ilə tanış olaq.

İlk öncə unutmayın ağıllı və praktik qarderobun sirri rəng uyumudur.Elə rənglər seçin ki ,bir biri ilə uzlaşdırıb geyinə biləsiz.Məsələn ,bu gün mən yaşıl ,bej ,boz ,qara ,qızılı,bordo ,qəhvəyi  rənglərinin qarışımını seçdim.Təcrübəçinin mütləq qolunda saatı (onun dəqiqliyini göstərir),əlində note dəftəri olmalıdır 🙂 .Sözsüz ,eleqant göstəri üçün hündürdaban incə stilettosu olan təcrübəçinin qaçhaqaçda geyinəcəyi alçaqdaban ayaqqabısı yanında olmalıdır.Hər zaman iri çanta seçimi daha məqsədəuyğundur.1 Klassik don ,1 midi uzunluqlu (enli və ya çox kip olmayan ) ətək ,1 şalvar ,3 bluz (1-i mütləq köynək tipli),1 kardiqan olsa həftə boyu yerdəyişmə edib obraz yaratmaq olar.