Karl Lagerfeld haqqında bilmədiyiniz 8 fakt

Karl Lagerfeld haqqında bilmədiyiniz 8 fakt

  1. 10 Sentyabr 1933-cü ildə Hamburgda dünyaya gələn Karl Lagerfeld əsl soyadının sonunda olan “t” hərfini ataraq Lagerfeld olaraq dəyişdirmişdir. Buna səbəb daha xoş səslənməsi idi.
  2. Karl Lagerfeld heç bir dinə mənsub deyil. Uşaqkən anasına onun rahib olacağını söylədikləri üçün anası ona din haqqqında bəhs etməmiş, hətta kilsəyə belə aparmamışdı.
  3. Homoseksualdır və bunu heç bir zaman gizlətməyib. Uşaqkən eyni cinsə qarşı maraq göstərdiyini anasına söyləyərkən anası bunu normal qarşılamışdır.
    1. Moda sahəsinə Pierre Balmainin asistenti olaraq qatılan Lagerfeld “Jean Patou” ya keçmiş ve burada sərgilədiyi kolleksiyalar bəyənilməmişdi. Bu tənqidlərə görə özünə qapanmış və 2 il çimərlik ətrafında yaşamışdır.
  4. 1963 Tiziani, 1964 Chloe, 1972 Fendi ilə çalışan Karl Lagerfeld, 1983-dən bəri Chanel markasının kreativ direktorudur. O Chanel haqqında haqlı olaraq “mən xorlayan bir gözəl aldım və ölünü diriltdim” cümləsini istifadə etmişdi.
  5. 2001-ci ildə görünüşünü dəyişməyə qərar verir və 13 ay içində 40 kilo arıqlayır. Bunu etməkdə məqsədinin Hedi Slimane dizaynlarını geyinmək istəməsi və onların incə kişilər üçün nəzərdə tutulması idi.
  6. Modadan əlavə bir çox dizaynları vardır. Coca Cola Light by Karl Lagerfeld qablaşdırmaları, Volkswagen Polo və Golf modellərinin bəziləri onun ideya məhsuludur. Sephora mağazalarının vitrinlərində öz silüetindən istifadə etmiş, satışa çıxarılan oyuncaq ayısında öz xarici görünüşünü yaratmışdır.
  7. Fotoqraf və rejissor kimi də özünü sınayıb. Hətta Chanel fotoqrafı ilə arasındakı analaşılmazlıqdan sonra bütün çəkilişləri özünün həyata keçirdiyini bildirmişdir.
  8. Arıqladıqdan sonra kitab yazmış, 2006-cı ildə sevdiyi mahnılardan ibarət CD çıxarmışdır. 2007-ci ildə Karl Lagerfeldin sirrləri adlı sənədli film izləyicilərə təqdim olunmuşdur. 2010-cu ildə isə Avropa Moda Evi adlı sərgidə Karl Lagerfeldə məxsus fotolar sərgilənmişdir.

Müəllif : Günay Yunuszadə