Küçə dəbində bel çantası…

Günü gündən daha da sevilən , xanımların  marağını cəlb edən bel çantaları artıq modabaz xanımların qarderobunda əsas parçalarından biridir. İstər spor geyinin, istərsə də  klassik bu bel çantaları ilə geyiminizi tamamlaya bilərsiniz. Fikrimcə, bu çantaların trend  olmağı bütün xanımların ürəyincə oldu, çünki biz xanımlar çantamıza lazım olan hər şeyi qoymağı xoşladığımız üçün bu geniş çantalar olduqca rahatdır və köməyimizə çatır.  Məktəb illərində spor görünüşə sahib olan  bu çantalar artıq fərqli dizayn olunaraq və hər geyimimizlə rahatlıqla götürə biləcəyimiz bir parça halını almışdır.

Vitrinlərə diqqət yetirsəniz dəri ,dəmir detallı, etnik bel çantalarının olduğunu görəcəksiniz. Göstərişli modellər arasında daşlı,parıltılı və qızılı rəngli çantlarda vardır.

Əgər hələdə qarderobunuzda bir bel çantası yoxdursa mütləq əldə etməyinizi məsləhət görürəm.