Bu ilin payız/qış trend makiyajları…

Geyim trendləri dəyişdiyi kimi makiyaj trendləri də hər il durmadan dəyişir. Bəs payız/qış aylarında necə makiyajlar dəbdədir?

Bu il nude (yox kimi ,çılpaq ) təbii makiyajlar dəbdədir. Açıq çəhrayı və şaftalı tonlarında ənlik, açıq çəhrayı dodaq boyası və daranmış qaşlarla bu görünüşə sahib ola bilərsiniz. Bundan başqa, təbiilik yaratmağın daha bir yolu yaş görünüş yaradan makiyaj etməkdir.Twiggy kirpikləri olduqca dəbdədir. Sıx taxma kirpiklərdən istifadə edərək sıx kirpiklərə sahib ola bilərsiniz.

Qırmızının bütün tonları, bordo, bənövşəyi  və tünd çəhrayı rəngli dodaq boyaları bu ilin trendi olduğu qədər nude dodaqlarda bir o qədər dəbdədir

Sarı, narıncı, yaşıl və çəhrayı göz kölgələri bu qış gözlərinizi rəngləndirəcək. Bənövşəyi göz kölgələri ilə fərqli “smokey eye”(dumanlı gözlər) gözlərə sahib ola bilərik. Bundan başqa, dəniz  mavisi göz kölgələri ilə diqqəti üzərinizə çəkə bilərsiniz.

50-ci illəri xatırladan göz layneri və göz qələmi yenə geri gəldi. Təbii görünən makiyaj edib qalın quyruqlu layner çəkiriksə, qalan göz makiyajımızı olduqca sadə edib təbiilik yaradırıq. Bu il həm də cüt quyruqlu laynerlər dəbdədir. Əgər yumru gözə sahibsinizsə, bu forma layner çəkərək gözünüzü badam göz formasında, yox əgər aşağı sallanan gözlərə sahibsinizsə, bu layner vasitəsi ilə gözlərinizin formasın dəyişə bilərsiniz. Digər trend isə göz qələmini ancaq gözün alt hissəsinə çəkməkdir.

Qalın, demək olar ki, heç toxunulmamış kimi duran təbii qaşlar yenə bu  mövsümdə də ön plandadır və bu il daha dağınıq maskulin formadadır. Əgər qaşlarınız nazikdirsə, seyrək olan yerlərə göz kölgəsi sürtün, ya da qaş qələmi ilə seyrəklikləri doldurun.

Saçlarda isə 90-ların dağınıq dalğa trendi dəbdədir.Saçlar haqqında isə başqa məqaləmiz olacaq bizi izləməkdə davam edin.

 

Müəllif : Nərmin Həmidli