Top 10 Milyonçu Markalar…

Dünyanın ən çox qazanan 10 geyim markası hansıdır? Bu gün sizlər üçün bunu araşdırdım.Ələbəttə ki, luks markalardan alış veriş etmək üçün yüksək maddiyat tələb olunur. Lakin bu o demək deyildir ki, maddi durumu yaxşı olan hərkəs məşhur markaları seçir. Maddi vəziyyətləri eyni olan insanlar arasındakı bu ziddiyət həyat tərzinin fərqliliyindən irəli gəlir. Hal-hazırda dünyada yaxşı satışı olan luks markaların alıcıları yalnız dəb-dəbə içində yaşayanlar deyil. Kimi 5 aylıq qazancını birləşdirərək Prada’dan bir çanta alır, kimi isə bir gün ərzində Chanel’dən 5 ədəd ayaqqabı alır. Yəni, brendlərə olan bu həvəs insanın daxilindən gəlir. Məhz müxtəlif qazancları olan bu insanların luks markalara olan maraqları bu markalara milyardlarla pul qazandırır. İndi isə illik gəliri ən yüksək olan 10 marka ilə tanış olaq

Versace

İllik gəliri-640 milyon dollar

1978-ci ildə Gianni Versace tərəfindən təsis olunan marka, yüksək tələbatlı markalar sırasına daxil edilir. 1997-ci ildə Gianni Versacenin ölümündən sonra bacısı Donatella Versacenin başçılığı altında fəaliyyət göstərməkdədir.

Fendi

İllik gəliri-800 milyon dollar

İtalyanın moda kralı Fendi 1925-ci ildə Edoardo və Adele Fendi tərəfindən yaradılmış, kürk və dəri markası olaraq fəaliyyətə başlamışdır. Günümüzdə əl çantalarına böyük maraq göstərilən bu markanın başqa alternativləri də satışdadır. Eynəkdən ətirə qədər məhsullar təqdim edən markanın kreativ direktorluğunu əfsanəvi dizayner Karl Lagerfeld öz üzərinə almışdır.

Valentino

İllik gəliri-850 milyon dollar

1959-cu ildə yaranan marka Florensiyada baş tutan nümayiş ilə bir çox moda həvəskarları tərəfindən bəyənilmiş, iş birlikləri qurmuşdur. Milanda baş ofisi yerləşən marka bir çox ölkələrdə satışa çıxarılmışdır. Nordstrom və Neiman Marcus kimi mağazalardan da əldə oluna bilir.

Dior

İllik gəliri-971 milyon dollar

1946-ci ildə Christian Dior tərəfindən yaradıan marka, bir çox məhsulları ilə rəğbət qazanmışdır.

Dolce Gabbana

İllik gəliri-1.12 milyard dollar

1980-ci ildə Domenica Dolce və Stefano Gabbananın Milanda tanış olması ilə yaranan marka ilk öncə qadın, sonra isə kişi və alt geyim sahəsində özünü sınadı. Ciddi bir stili olan və trendlərin təsirindən uzaq olan marka, sonralar şəhər qadınlarının zövqünə xitab edəcək forma aldı.

Guess

İllik gəliri- 1.2 milyard dollar

1981-ci ildə denim markası olaraq satışa başlayan Guess, sonradan bir çox geyim sahəsində özünü sınadı və uğur qazandı. 1980-ci illərin sonundan Calvin Klein, Gap kimi markaların yüksəlişi ilə geriləmə yaşayan marka 2000-ci ildən fərqli bir baxış ilə sektora qayıtdı və gəlirinə görə ilk sıralarda yer aldı.

Giorgio Armani

İllik gəliri- 2.1 milyard dollar

Ən bahalı geyim markalarında hesab edilən Armani, həmçinin ən populyar markalardandır. Armani’nin alt markası hesab edilən Giorgio Armani, kosmetikadan aksesuara qədər bir çox məhsulu ilə bazarda çıxış edir.

Prada

İllik gəliri- 2.15 milyard dollar

Prada italyan dizayner Mario Prada tərəfindən dəri məhsulları satan kiçik marka olaraq yaransa da, Miuccia Pradanın işi ələ alması ilə bir çox məhsul istehsal edən, dünyanın keyfiyyət simvolu hesab edilən geyim markasına çevrilmişdır.

Chanel

İllik gəliri- 12.6 milyard dollar

Guccio Gucci tərəfindən 1921-ci ildə yaradılan marka İtaliyanın ən yüksək satışı olan markasıdır. Dünyada 300-dən artıq mağazası fəaliyyət göstərir və bununla yanaşı məşhur mağazalarda da məhsullarını satışa çıxarır. Əsasən məşhurlar və yüksək gəlirli şəxslərin müraciət etdiyi marka, ən bahalı geyim markası statusunu illərdir qoruyur.

Müəllif :Günay Yunuszadə