Ayaqqabı incidirsə nə etməli?

Ayaqqabı incidirsə nə etməli?

Ayaqqabınız ayağınızı narahat edirsə nə etməli?

Modamaniyadan 6 məsləhət…

Hansımızın başına gəlməyib ki, ayaqqabı probleminə görə bir günün məhv olması?! Hal-hazırda ayaqlarım elə bir vəziyyətdədir ki, bir addım belə atmaq istəmirəm. Lakin getməyə məcbur olduğum yerlər var və yenidən o ayaqqabılar mənə zülm edəcək. Hərdən deyirlər ki, ayaqqabı keyfiyyətli olsa heç bir problem yaşamazsınız və s. Bu tamamilə yanlışdır. Ayaq quruluşları, xüsusilə barmaq ölçüləri standart deyil. Məsələn, mənim baş barmağım iri, genişdir və hər zaman mənə problem yaradıb. Ayaqqabıların ayağımızı vurmaması üçün müxtəlif metodlar olsa da, həyatımızı asanlaşdıran və daha xoş hala gətirən praktik biliklərin təcrübələrdən meydana gəldiyini bilirik. Belə ki, sizə sınanmış vasitələri təqdim edəcəyəm.

  1. Ayaqqabınızın içinə sirkə ilə isladılmış əsgi yerləşdirin və 1 gün saxlayın. Ayaqqabınızın genişləndiyini ilk andan hiss edəcəksiniz.
  2. Ayaqqabınızın içini buxara tutun və ya fen ilə isti hava verin. Bu da ayaqqabınızı genişləndirəcək.
  3. 1 stəkan saf spirti ayaqqabınızın içinə tökün və isladın.
  4. Ayaqqabınızın ayağınızı vuran hissəsini geyinmədən öncə kremləyin. Daha rahat hiss edəcəksiniz.
  5. Ayaqqabınızı soyuducunun dondurucu bölməsində 2 gün saxlasanız heçvaxt narahat etməz sizi.
  6. Ayaqqabının vuran hissəsini zeytun yağı ilə ovmaq da məsləhət olunan metodlardandır.