Qarderobda iddiali “Bomber”

1-ci Dünya müharibəsi zamanı pilotların geyinməsi üçün bomber gödəkçələr hazırlandı. Nə bilərdilər ki, illər sonra bu gödəkçələr xanımların qarderobunda yer alacaq. Küçə dəbinə baxsanız, bütün dəbli xanımların bomber gödəkcələr geyindiyi görə bilərsiniz. Bomber gödəkçələrin ən yaxşı xüsusiyyəti heç əziyyət çəkmədən geyimin havasını dəyişməsi və hər tərzdə olan geyimlərlə rahatlıqla uyğunlaşmasıdır. Fərqli modelləri var :istər qalın , istər nazik, güllü,  logolu, fərqli müxtəlif naxışlı, cins, dəri, güpur, tül, sırıqlı, toxunma, idman üslubunda bomber gödəkcələri zövqünüzə görə seçib geyiminizi dəyişə bilərsiniz. Mən daha  çox idman üslubunda olan bomber gödəkçələrə üstünlük verirəm. Çünki klassik geyimlər və hündür daban ayaqqabılar ilə geyindikdə ,feminen və maskulin qarışığı ortalığa fərqli görünüş çıxır.