İç geyimi doğru seçilməzsə…

İç geyimi doğru seçilməzsə…

Biz xanımlar baxımlı və dəbli görünməyi xoşlayırıq, amma üst geyimlərimizə fikir verdiyimiz qədər iç geyimlərimizə də bir o qədər diqqət yetirməliyik. Çünki üst geyimlərdə olduğu kimi  iç geyimlərində də düzgün seçim etməli, rənginə və ölçüsünə, hansı geyim ilə hansı seçim etməyimizə fikir verməliyik. Bu gün isə sizlərə bustqalterlərin doğru seçilməsindən danışacam. İlk öncə düzgün ölçüdə iç geyimi seçməliyik. Doğru ölçüdə seçilməmiş iç geyimi sizin özünüzü  rahat hiss etməmənizə səbəb olur.

Bustqalter  seçərkən asqıları arxadan yuxarı doğru qalxmamalı , ön hissəsi sinənizi sıxmamalı və sizin rahat ola biləcəyiniz ölçüdə olmalıdır.

Hər bir qadının qarderobunda fikrimcə 9 fərqli bustqalter olmalıdır.

1.Push up –sinəni yuxarı doğru qaldırıb olduğundan böyük göstərmək üçün kiçik sinəli xanımlar üçün lazımdır.

2.U formalı-dekolteli geyimlər üçün lazımdır. Tikişsiz olduğu üçün də hər parçadan olan geyimlə geyinmək  mümkündür.

3.Yığıcı –böyük sinəli xanımlar daha çox istifadə edir. Sinəni olduğundan 1-2 dəfə kiçik göstərir.

4.Süngərli-məncə hər bir xanım bu formalı iç geyiminə sahibdir , çünki olduqca rahatdır bu iç geyimləri. İçərisində olan süngər ilə kiçik ölçülü sinəyə sahib olan xanımları sinələrini olduğundan böyük göstərmə xüsusiyyətinə sahibdir

5.T-shirt – süngərli iç geyimləri kimi bu formada olan  iç geyimləri də  biz xanımların qarderobunda mütləq olur. İncə t-shirt və koftalarla, dar donlar ilə  geyildiyində iz qoymur.

6.Silikon- arxa hissəsi açıq geyimlər üçün lazımdı bu iç geyimi.İçərisində olan yapışqan vasitəsi ilə sinəyə yapışır və sinəni yuxarı qaldırır.

7.Straplez – asqısız və aşağı çiyinli geyimlər üçün lazımdır.

8.İdman üçün-İdmanla məşqul olan xanımların qarderobunda mütləq olmalıdır.

9.Çox məqsədli- bu iç geyimini bütün geyimləriniz ilə istifadə edə bilərsiniz. Asqılarını dəyişib istədiyiniz formada taxa bilərsiniz

Müəllif: Nərmin Həmidli