Victoria Secret mələyinin gündəlik stili…

Bu gün sizə Victoria Secretin mələklərindən olan 34 yaşlı  gözəl, baxımlı və 2 uşaq anası olan  Alessandra Ambrosionun stilindən danışacam.. Çox qadının sahib olmaq istədiyi möhtəşəm bədən quruluşuna sahibdir, lakin hər möhtəşəm bədən quruluşuna sahib olan xanım stil sahibi olmalıdır deyə bir qanun yoxdur. Amma bu  xanım həm stilini ,həm də vücudunu bir arada birləşdirərək möhtəşəm görünüş ortalığa çıxardır. Gündəlik geyimləri ilə gecə geyimləri arasında inanılmaz dərəcədə  fərq var. Gündüzlər rahat geyimlər də gecə isə cazibədar  geyimlər ilə qarşımıza çıxır.

Cins şort, rəngli şalvar,  kombinezon və uzun donlar gündəlik geyimində çox istifadə edir. Ayaqqabı seçimində daha çox qısa çəkmələrdə, sneakers və sandallarda görmək mümkündür. Aksesuar seçimində isə  daha çox eynək və şərflərdən  istifadə edir. Çanta seçimində isə iri və asqılı çantalara üstünlük verir.

Özəl gün və gecə geyimlərinə gəldikdə isə gündüzün tamam  əksi olan dəbdəbəli, seksi geyimlərdə olur. Daha çox parlaq, gümüşü, qızıl detallı dekolteli  libaslar geyinir. Geyimini isə stiletto və ya dikdaban sandallar ilə tamamlayır.

Saç və makiyaj isə demək olar ki, hər zaman eyni olur. Gözlər ön planda olur. Saç rəngi isə demək olar ki, qəhvə rənginin tonlarında olur həmişə.

Hətta hamilə olduğu müddətdə belə fikrimcə ən dəbli məşhurlardandır

 

Müəllif: Nərmin Həmidli