İllər keçsə də,Arzular dəyişmir…

Hər dövrün gəlinlikləri bir birindən fərqlidir və hər gəlin öz dövrünün, öz toyunun şahzadəsidir. Hər il bir-birindən fərqli, gözəl gəlinliklər çıxır, lakin məşhurların geyindiyi gəlinliklər daha yadda qalan olur və xanımlarımız daha çox onlara baxır və həmin gəlinliklərdən ilham alırlar. Gəlinlikər hər məşhurun öz dünyasını canlandırır.Bəs həmin gəlinliklər kimlər tərfindən, hansı moda evləri tərəfindən hazırlanıb?

Kraliyyət gəlinlikləri asilliyi və sadəliyi ilə göz qamaşdırırlar. Monako şahzadəsi Qreys Kellinin gəlinliyini dizayner Helen Roz hazırlayıb. Dünyanın ən bahalı gəlinliyi sayılan Kate Middletonun gelinliyi Alexander McQueen’in moda evində  Sarah Burton tərəfindən hazırlanıb. Charlene Wittstock’un  swarovski kristalları ilə bəzədilmiş gelinliyi Giorgio Armani Prive’dan idi. Şahzadə Stephanie möhtəşəm  gəlinliyini Elie Saabdan , Şahzadə Madeleine nin gəlinliyi isə Valentinodandır

İzlədiyimiz filmlərdə aktrisaların geyindiyi gəlinliklər yəqin ki, bəzilərimiz üçün ilham mənbəyidir. ‘Sex and the City’ filmində Carrie Bradshawu canlandıran Sarah Jessica Parkerin gəlinliyi Vivienne Westwood idi. Başında rəngli quş lələklərindən hazırlanan aksesuar gəlinliyi fərqli etməyi bacarırdı.Əgər fərqliliyi sevirsinizsə siz də bu cür aksesuarlardan istifadə edə bilərsiniz.‘Bride Wars’filmində  uşaqlıqlarından bəri evlənib gəlin olacaqları günün xəyalını quran iki ən yaxın dost  Liv ve Emmanın iki fərqli, onların xarakterlərini canlandıran gəliklər Vera Wang imzalıdır.

Gözəlliyi və zərifliyi ilə göz qamaşdıran Kate Moss  gəlinliyi  John Galliano imzalıdır.Dizayn etdiyi geyimləri ilə dünyaya səs salan Victoria Beckham  isə öz gəlinliyini Vera Wangdan geyindi.

Anne Hathaway nağıllardakı kimi xəyal belə olunmayacaq qədər gözəl gəlinliyi Valentino Garavani tərəfindən özəl olaraq hazırlanmışdı.

Bir Vera Wang  imzalı gəlinlik  isə Hilary Duff geyinmişdi. Çox maraqlı duvağı ilə diqqət çəkən Angelina Jolie gelinliyi Versace moda evi tərəfindən hazırlanmışdı. Duvağın üzərində 6 uşağının çəkdiyi şəkillər var idi.

Əgər hələ gəlinlik geyinməmisinizsə bu gəlinliklər bəlkə sizə gələcəkdə  ilham mənbəyi olar.

Müəllif: Nərmin Həmidli