Kreativliyin pik nöqtəsi…Modellər bir- birinin qucağında!

Dəb, moda, fashion week deyəndə ağlımıza ilk olaraq bir-birindən fərqli kreativ geyimlər gəlir. Kreativliyi sevən insanam və Milan Fashion weekdə (Moda Həftəsində) Rick Owens 2016 yaz-yay göstərisini gördükdən sonra bunun kreativliyin pik nöqtəsi olduğunu düşünürəm. Heç yerdə görünməmiş fərqli show ilə Rick Owens  hamını təəccübləndirməyi bacardı. Podiuma modellər bir birinin arxasında ,ya da qucağında xüsusi kəmərlər ilə bərkidilmiş şəkildə çıxdılar və geyimləri bu cür fərqli şəkildə nümayiş etdirdilər. Rick Owens deyir ki, ‘‘O qadınlar arasındakı bağlardan,əlaqələrdən ilham alır. Mən bu kolleksiyanı daha çox qayğıkeşlik,bacılıq,analıq kimi görürəm. Qadınları böyüdən qadınlar,qadınlara dönüşən qadınlar,qadınları dəstəkləyən qadınlar kimi.’’ Və birdə bunu bildirib ki, ‘‘Biz öyrəşmişik kəmər adama məhdudiyyət qoysun,adamı sıxsın ,amma artıq kəmər dəstək ələmətidir. Artıq sıxıcı kəmərlər sevimli lentlər kimidir.

Müəllif: Nərmin Həmidli