Qarderobda” Baby Blue “

Açıq rənglər insanın ruhunu dinləndirir,gözünü yormur və özəlliklə də baxanlara xoş əhval-ruhiyyə bəxş edir. Mən rəngli geyinməyi sevirəm. Daha doğrusu, düzgün seçim edərək çox gözə batmayan  açıq rənglərdən istifadə edərək geyimimi tamamlamağı sevirəm. Payız/qış aylarında daha çox üst geyimlərini açıq rəngli seçməyə üstünlük verirəm, çünki istər-istəməz tünd rəngli gödəkcə və ya palto geyinərkən altındakı geyimlərimiz nə qədər rəngli olsa da, görünmür və gözə çarpmır.Açıq rənglərin arasında 2 sezondur dəbdə olan “baby blue” (açıq mavi) rəngli geyimlər favorilərim arasındadır, özəlliklə də bu rəngdə olan palto və gödəkçələr. Bu rəngi yaz-qış fərq etmir, rahatlıqla hər fəsildə istifadə etmək mümkündür. Bu rəngi pudra tonları ilə, ya da mavinin çalarları ilə kombin etmək olar.

Mən bu rəngi qara rəng ilə kombin etməyi xoşlayıram. Bu rənglərin uyumu sizi sadə və ciddi göstərəcək. Xüsüsilə də, qış aylarında qara rəng geyiminizin üzərinə geyindiyiniz palto sizi çox abartıdan uzaq tutacaq.

Cins şalvar və ətəkləri hər bir rənglə kombin etmək mümkündür , lakin elə rənglər var ki, onlar tamam fərqli görsənir. Baby blue da həmin rənglərdəndir.

Müəllif : Nərmin Həmidli