Hansı bürc ,necə geyinməli…

Əsasən biz xanımlar bürclərə çox önəm veririk. Yəqin ki, bir çoxunuz hər gün ,günlük bürclər haqqında oxuyub  onlara görə işlərinizi qurursunuz. Bəs bürclər bizim geyimimizə necə təsir edir? Hansı bürcün nümayəndəsi necə geyinir?

QOÇ-bu bürcdən olan xanımlar hərəkətli və dinamik olduqları üçün  rahat geyimlər geyinirlər. İddialı geyinərək də içlərindəki  ‘‘mən ’’ duyğusunu və enerjini göstərərirlər. Eynək və saat sevimli aksesuarlarıdır. Makiyaj edərkən qırmızı və çəhrayi dodaq boyası, qırmızı və bənövşəyi göz kölgələri etməyi sevərlər.

Rənglər:narıncı,sarı və qırmızı

BUĞA-bu xanımlar klassik geyinməyi xoşlayırlar, lakin geniş rahat geyimlər də qarderoblarında olmalıdır. İnadçı olduqları üçün öz bildiklərini geyinirlər. Geyindikləri geyimin keyfiyyətli olamasına diqqət edirlər. Tez-tez saç rənglərini və modelini dəyişirlər. Çəhrayi və bej tonlarında dodaq boyası yaraşır.

Rənglər:açıq mavi,çəhrayi,yaşıl,qəhvə rəngi

ƏKİZLƏR-maraqlı ,iti zəkaya sahib bir bürcdür. Daim hərəkət halındadır. Səyahət etməyi , gəzməyi çox sevirlər. Buna görə də aksesuarlar içlərindəki hərəkəti üzə çıxarır. Asimmetrik və bohem tərzində geyimlər seçirlər. Gözəl olmaqla yanaşı  rahatlığa da önəm verirlər.

Rənglər:sarı,mavi,boz,ağ,narıncı

XƏRÇƏNG-  həssas və həyata subyektiv yaxınlaşırlar. Yaradıcıl insanlarıdır və bunu geyimlərində göstərməyi xoşlayırlar.Nə geyinirlər geyinsinlər özlərini olduqları kimi göstərə bilirlər.

Rənglər:yaşıl,gümüşü,qara və mavi

ŞİR- əyləncəli, güclü və qürurludurlar. Ətraflarına enerji saçırlar. Daim birinci olmaq istəyirlər və özlərini  isbat etməyə çalışırlar. Necə göründükləri ruh  hallarından asılıdır. Əgər bir geyim xoşlarına gəlirsə markası nə olursa olsun heç fərq etmir. Qəhvə rəngində dodaq boyası yaraşır.

Rənglər:qızılı,sarı,narıncı

QIZ-əsasən  praktik parçalardan ibarət geyimlər alırlar. Sadə geyimlər ilə fərqlilik yaratmağa çalışırlar. Aksesuarlardan istifadə edərək sadə geyimlərinə rəng qatırlar.

Rənglər: yaşıl ,qəhvəyi ,dəniz mavisi,sarı

TƏRƏZİ-zərif və ağıllıdırlar. Bu həyatda özlərinə bir yer tapmaları üçün sakit bir ortam olmasına inanırlar. Gözəlik,naliyyət  onlar üçün önəmlidir. Gözəl olduqları müddətdə özlərin rahat hiss edərlər və nə qədər özləri üçün geyinsələr də başqalarının fikirləri onlar üçün önəmlidir.

Rənglər:çəhrayi,yaşıl,açıq mavi,sarı

ƏQRƏB-duyğusal və cəsur olurlar. Pul və sağlamlıq onlar üçün önəmlidir. Qara rəngi geyimlərində çox istifadə edirlər. İddialı, bədən cizgilərini vurğulamağı xoşlayırlar.

Rənglər: qırmızı,qəhvə rəngi,qara,boz

OXATAN- həvəsli, hərəkətli,pozitivdir. Maraqlı həyat tərzinə sahibdirlər. Davranış tərzləri geyim tərzlərinə də təsir edir. Diqqət çəkməyi xoşlamırlar , lakin istəməsələr də daim göz önünüdə olurlar.

Rənglər: qara ,mavi,yasəmən rəngi

OĞLAQ- alış-veriş etməkdə çox bacarıqlıdırlar. Əsasən keyfiyyətə önəm verirlər. Toxunma geyimlər qarderoblarında ən önəmli parçalardandır. Fərqli geyinməyi sevirlər.

Rənglər:qara,ağ ,tünd qəhvə rəngi, tünd qırmızı

DOLÇA-azadlıq onlar üçün çox önəmlidir. Fərqli geyimməyi sevirlər. Bir mağazaya girdikdə ordakı ən fərqli geyimi almaq istəyirlər. Canlı rəngləri sevirlər. Ayaqqabı onlar üçün geyimlərində ən önəmli parçadır.

Rənglər: tünd mavi, bənövşəyi,qara,qırmızı,yaşıl

BALIQ-dərin dünyaları olan zərif ,güclü hisslərə sahibdirlər. Xəyal qurmaq, daxili sakitlik və bədii fəaliyyətlər onların həyatını təşkil edir. Geyindikləri hər bir geyimin içində xoşbəxt olurlar. Bənövşəyi, mavi və yaşıl onlara yaraşır. Asimmetrik pencəklər, bir-birinin üzərinə gələn ətəklər, 70-ci illəri xatırladan geyimlər geyinməyi xoşlayırlar

Rənglər: yaşıl,bənövşəyi,mavi

Müəllif: Nərmin Həmidli