Leopard printi…

Təxminən bir-iki il bundan əvvələ qədər leopard printini  heç bəyənmirdim və buna görə də qarderobumda leopard geyim yox idi. Çünki gördüyüm səhv kombinlər məni leoparda qarşı soyutmuşdu. İstər istəməz hər leopard geyim gördükdə ağlımda həmin səhv kombinlər canlanırdı və hər dəfə leopard geyim almaqdan çəkinirdim. Amma, indi isə leopard geyimlər və aksesuarlar qarderobumda  ən sevimli geyimlər arasındadı.

Düzgün istifadə edildiyində çox qəşəng,səhv istifadə edildiyində isə geyinən qadını leopard geyim yerdən-yerə vurur.

Əgər siz də mənim kimi qorxursunuzsa, ilk əvvəl aksesuarlardan ; çanta,ayaqqabı,kəmər, şərf,şal və toqqalardan başlayın və geyimlərinizə leopard aksesuarlar ilə fərqlilik qatın. Qara rəngli geyim geyinmisinizsə leopard şərf və ya leopard çantadan istifadə edə bilərsiniz. Çanta və ayaqqabını leopard istifadə edtmisinizsə qalan geyiminizi sadə bir rəngdən istifadə edə bilərsiniz. Əsas oduki geyindiyiniz geyimin rəngini düzgün seçəsiniz. Qırmızı, ağ və qara leopard ilə daha çox yaraşır, bundan başqa bardo, boz,sarı,yaşıl və xardal rəng ilə də fərqli görsənir.

Sport və ya klassik fərq etmir bütün geyimlər ilə leopard kombin etmək mümkündür, əsas odur ki, həddi keçmədən o şıklığı tuta biləsən.

Əgər iş xanımısınızsa leopard bir atlaz ,ya da tül köynək ilə qara klassik şalvarı kombin edə bilərsiniz. Eynilə ağ və qara rəngində geyim geyinib üzərindən leopard  pencək , palto geyinə bilərsiniz. Belə geyinəndə ayaqqabı ya qara ,ya da qırmızı rəng  seçə bilərsiniz. Yox əgər leopardın gözə çox batmasını istəmirsinizsə çanta,şərf, kəmər geyiminizə uyğun  istifadə edə bilərsiniz.

Qırmızı və leopard bir arada düzgün istifadə olunduğunda demək olar ki, getdiyiniz yerdə gözlər ancaq sizin üzərinizdə olacaq. Qırmızı dodaq boyası  leopard geyim geyindiyinizdə ən yaxşı seçimdir. Lakin, unutmamaq da lazımdır ki, leopard geyim geyindiyimiz zaman makiyaji çox istifadə etmək olmaz.

Bir digər olmazlardan  biri də  aksesuarlardır. Leopard geyim geyindiyiniz zaman aksesuar taxmaqdan uzaq durun və demək olar ki, heç istifadə etməsəniz daha yaxşı olar.Leopard geyim geyinərkən bədən ölçülərinizi də nəzərə alın, əgər artıq çəkili bir xanımsınızsa leopard donlardan uzaq durun.

Müəllif : Nərmin Həmidli