Gecəlik, yoxsa şık bir don?

Vətənimiz bir-birindən gözəl xanımlarla məşhur olsa da, moda sahəsində sıxıntılarımız mövcuddur ki, bunun da başlıca səbəbi qərb abu-havasından uzaq, öz mentalitetimiz çərçivəsində böyüməyimizdir. Əlbəttə, hər bir insanın fikir azadlığı olduğu kimi istədiyi geyimlə hər yerə getmək hüququ da var ki, buna kimsənin söz deməyə haqqı çatmaz. Lakin əksər xanımlar geyimi incələyərkən Bakı küçələrində bunun geyinilməsinin mümkün olub olmadığını nəzərə alırlar. Bunu geyimin açıq və ya qapalı olmasına görə yox, fərqliliyinə görə deyirəm. Buradan yola çıxaraq yeni trendlərdən hesab olunan və uzun zamandır mövcud olan gecəlik tipli donlardan danışacayıq. Düz bir bədən quruluşuna və şux qamətə maliksinizsə bu don sizə sözsüz yaraşacaq, lakin hər insanın seçimi olmayacağından əminəm. Burberry, Alexander Wang, Calvin Klein və başqa kolleksiyalar da yer alan belə donlara Moda Həftələri müddətində küçə dəbində də rast gəlinirdi. Bu tipli ipli bluzlar pencəyin altında olduqca şık görünsə də, donlar cəsarət tələb edir. Sürüşkən materiala sahib olan bu donların gözəlliyinə və zərifliyinə şübhəm olmasa da mənim seçimlərim arasında olması mümkün deyil.

Müəllif :Günay Yuns -Zadə